Bank-kredit sektoru və media

ZMM və "Kred aqro" BOKT bu mövzuda Sumqayıtda tədbir keçirib

Zərdabi Mətbuat Mərkəzi  və «Kred Aqro» Bank Olmayan Kredit Təşkilatı Sumqayıtda «Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini gözləyən vəzifələr» mövzusunda «dəyirmi masa» keçirib, «Kred Aqro» BOKT-nin şəhərdəki filialında düzənlənən tədbiri Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Seyfəddin Rəhimov açıb. O, iki qurumun «Bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələrinin artırılmasında stimullaşdırıcı tədbirlərin rolu və onun həyata keçirilməsi yolları» layihəsi çərçivəsində keçirdiyi «dəyirmi» masa»nın kimyaçılar şəhərində də hər üç cinah arasında əlaqələrin inkişafına təsirsiz ötüşməyəcəyini deyib.

Sonra Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadənin məruzəsi dinlənilib. Jurnalist təşkilatının rəhbəri dördüncü ilə qədəm qoyan qarşılıqlı əməkdaşlığı ölkədə media və bank-kredit sektorunun birgə tərəfdaşlığına dair ən uzun müddətli nümunə adlandırıb. Bunun davamına şərtləndirən cəhətlərin təhlilini verib: «2012-ci ili əhatə edən ilk layihəmizə Bakıda gündəlik çıxan, ictimai fikrə təsir edən kütləvi informasiya vasitələri daxil idi. Layihələrimiz bir il sonra regional KİV-ləri, 2014-cü ildən isə debitorları əhatə etdi. Cari ildə «Kred Aqro» nun 15 yaşı tamam olduğundan bütün tədbirlərimizdə fərqlənənlərin mükafatlandırılması qərarlaşdırılıb».

Məruzəçi layihələrin davamını şərtləndirən əsas səbəblər sırasında  kredit təşkilatı rəhbərlərinin media ilə qarşılıqlı tərəfdaşlığa daim diqqətlə yanaşmasını da göstərib. Eyni zamanda qeyd edib ki, bu öz müsbət nəticələrini monitorinqi aparılan KİV-lərdə sahəyə aid yayımlanan materialların sayında, keyfiyyətində  göstərməkdədir: «Müqayisə üçün deyim ki, əgər layihəyə başladığımız 2012-ci ilin aprelində monitorinqi aparılan 31 KİV-də sahəyə dair cəmi 200 yazı verilmişdisə, 2013-cü ilin müvafiq dövründən indiyədək müsbət fərq bundan azı iki dəfə çoxdur. 2013-cü ildə mövzuya aid 8840 material yayımlanmışdısa, 2014-cü ilin 9 ayında bundan çox yazının (9874) təqdim atı qeydə alınıb.

R.Hüseynzadə cari ildə medianın baş mövzusunun I Avropa Oyunlarının olmasına baxmayaraq inkişaf tendensiyasının davamını müsbət hal kimi dəyərləndirib. Son iki ilin 4 aylıq müqayisəsində sahəyə aid informasiyaların, maarifləndirici yazıların artmasını misal çəkib.

2015-ci ilin 4 ayında ümumilikdə ötən ilin müvafiq dövrünə nisbət - 148 çox material verildiyini vurğulayan məruzəçi (4096-3916) bu rəqəmin yarıdan çoxunun cəmi 7 informasiya agentliyinin payına (2221) düşdüyünü söyləyib. Burada ilk üçlüyün «Trend»ə (537), «Azeri-press» (APA) İnformasiya Agentliklərinə (538) və «AzərTAC»a (512) məxsus olduğunu, qəzetlərdən isə ilk beşliyə «Bakı xəbər»in, «Həftə içi»nin, «Mövqe»nin, «İqtisadiyyat»ın və «Yeni Müsavat»ın daxil olduğunu bildirib.

«Kred Aqro» BOKT-nin təchizat və təbliğat üzrə mütəxəssisi Asif Həmzəyev öncə tədbir iştirakçılarına təmsil etdiyi qurum barədə məlumat verib: «Kred Aqro» BOKT 2000-ci ildə ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı ACDİ/VOCA tərəifindən təsis olunub. Məqsəd Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən mikro və kiçik  biznes nümayəndələrinə maliyyə xidmətləri etməkdir. Missiyamız regionlarda fəaliyyət göstərən fermer təsərrüfatlarına maliyyə xidmətləri göstərməklə müştərilərimizin həyat səviyyələrini, iqtisadi imkanlarını yüksəltmək, bununla da yerli icmaları inkişaf etdirməkdir.

2008-ci ildə şirkət kənd təsərrüfatı sektoruna verdiyi töhfələrə görə «UĞUR» milli mükafatına layiq görülmüşdür. 2012-ci ildə isə bank olmayan kredit təşkilatları arasında «İlin Şirkəti» seçilmişdir. Təşkilat həmçinin Fransanın paytaxtı Parisdə «Bisiness İnitiative Directions» şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə «WQC AVARD» mükafatının «Qızıl» kateqoriyasına layiq görülüb». A.Həmzəyev bu uğurlarda media ilə əməkdaşlığın roluna dair konkret misallar çəkib. O, bir qrup fəal debitora «Kred Aqro» BOKT-nin diplomlarını və qiymətli hədiyyələrini təqdim edib. Mükafatlandırılanlardan Mətanət Əliyeva, Vəkil İbrahimov, Fərman Həsənov, Həbibə Mirzəcəfər və Yaşar Mirheydərov təşkilatdan aldıqları kreditlərin kiçik sahibkar kimi fəaliyyətlərinin inkişafına necə sərf etmələrindən danışaraq medianın da stimullaşdırıcı rolunun genişlənməsinə ciddi ehtiyacın olduğunu diqqəti çəkiblər.

Tədbirdə Sumqayıtda çıxan bir sıra mətbu orqanlara Zərdabi Mətbuat Mərkəzinin diplomları təqdim olunub. Mükafatlandırılan qəzetlərin baş redaktorları Qüdrət Məlikov («Sumqayıt»), Hüseyn Əzizoğlu («Araz»), Rafiq Oday («Möhtəşəm Azərbaycan»), Vüsal Məmmədov («168-ci saat») və Namiq Məmmədov («Sabaha inamla») belə yanaşmanın onların sahəni daha geniş işıqlandırmalarına sövq etdiyini deyiblər.

Tədbirdə bank-kredit qurumlarının Sumqayıtda fəaliyyət göstərən filiallarının nümayəndələri Elvin Qasımov («Kred Aqro» BOKT), Cavid Vəliyev («Bank of Baku»), Jalə Əlişova («Acceses Bank») və Rüfət Ağayev  («Parabank») layihənin ictimai əhəmiyyətini vurğulayıblar və bu istiqamətdə bir sıra təkliflərini səsləndiriblər.    

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə