İngiltərəli deputat ölkənin xarici işlər nazirini Azərbaycanla bağlı sorğu-suala tutub

İngiltərə Parlamentinin Mühafizəkarlar Partiyasından olan deputatı Laura Sendis (Laura Sendys) ölkənin xarici işlər naziri Vilyam Heyki (William Hague) Azərbaycanla bağlı sorğu-suala tutub. Bu, nazirin Parlamentə hesabat verərkən səsləndirdiyi çıxışı zamanı baş verib.

168.az «BBC Parlament»in iclas zalından canlı yayımına istinad edərək bildirir ki, xanım Sendisin sualları başlıca olaraq Azərbaycanın İranla son günlərdəki münasibətləri kontekstində olub: «Azərbaycanla İran arasında gərginlik artır. Bu bizim üçün böyük narahatlıq ifadə edir. Belə bir məqamda Azərbaycana diplomatik dəstəyin artırılması istiqamətində nə edirik? Azərbaycana, hansı ki, bizim üçün həm siyasi, həm də iqtisadi baxımdan çox önəmlidir».

Deputatın suallarını cavablandıran xarici işlər naziri belə deyib: «Azərbaycanla çox yaxşı əlaqələrimiz var. Bir neçə ay əvvəl BMT-nin Təhlükəsizlik Şurasına üzv olub. Bu səbəbdən ölkə ilə diplomatik əlaqə və koordinasiya artmışdır. Təmsilçiliyimizin səviyyəsi məsələsinə gəlincə, biz daim bunu nəzərdən keçiririk. Haqqında açıqlama verə biləcəyim başqa bir məsələ yoxdur».

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə