Kissincerin kitabı və «Amerikaya xarici siyasət lazımdırmı?» ironiyası (ETİRAZ)

«Amerikaya xarici siyasət lazımdırmı?» Nüfuzlu «The Wall Street Journal»ın yazdığına görə, ABŞ-ın keçmiş dövlət katibi, beynəlxalq məsələlər üzrə ekspert, məşhur diplomat Henri Kissincerin 11 sentyabr 2001-ci il terrorundan bir neçə ay öncə nəşr etdirdiyi kitabının adı belədir. Əlbəttə, kimsə Kissincerin verdiyi suala «yox» deyərək cavab vermək istəməzdi. Əslində diplomatın özünün də belə bir fikri olmayıb. Əksinə o, məsələni olduqca fendamental şəkildə qoyub.

«The Wall Street Journal»ın şərhçisi Bret Stivens bildirir ki, belə bir sualın arxasında dayanan mətləb Amerikadan baxanda okeanın o tayındakı dünyanın getdikcə daha təhlükəli səciyyə daşıdığını vurğulamaqdan ibarətdir. Həmin təhlükəlilik indi baş verən hadisələrin fonunda diqqətə çatdırılır. Məsələn, İran atom bombası əldə etməyə yaxındır və bu qaçılmaz görünür. Suriyanın kimyəvi silahı var. Ərəb dünyasında İslamçılıq meylləri güclənir. Bütün bunlar demokratiyanın göstəricisidir. Bret Stivens onu da deyir: necə biabırçı gündəyik ki, Çin Yaponiya ilə müharibə ideyası oyununu oynayır.

«Amerika liderlərinin «soyuq müharibə»dən sonrakı nəsli hesab edir ki, xarici siyasət haradasa iqtisadi siyasətdir. Ya da Amerika dəyərlərinin dünyaya sırıdılması». H.Kissincer kitabında belə yazıb. Bret Stivens isə bildirir ki, əgər o zaman Kissincer hazırkı prezident Barak Obama barədə bilsəydi, kitabına ABŞ-ın xarici siyasətini dəyişənlər və şəxsi xarizma məsələsini də əlavə edərdi. «Dünyanın bir çox yerlərindəki ölkələr çox şeyin çox yaxşı yadda saxlanılmasından əziyyət çəkir. Amerika əks vəziyyətə görə. Biz az şeyi, özü də pis yadda saxlayırıq. Buna görə də sual yaranır: Amerikaya xarici siyasət lazımdırmı? Bu sual həm də ona görə aktualdır ki, hazırda 90 yaşını haqlamış Kissincerə Amerikanın bir dəfə dünya siyasətindən kənar durmasının 1939-cu ilin sentyabrında nə ilə nəticələndiyi daha yaxşı məlumdur», - deyə B.Stivens əlavə edir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə