Qafqazda hərbçi təhlükə mənbəyidir? (BAXIŞ)

Zahid ORUC, Milli Məclisin deoutatı

Rusiyada sovet hərbi siyasətinin əksər komponentləri bu gün də qorunub saxlanılır. Sözdə çoxmilyonlu və çoxmillətli bir ölkənin vahidliyindən danışılsa da, əməldə yalnız ruslar titullu xalq kimi bəslənilir və dövlətin imtiyazlarından slavyanlar yararlanırlar. Ayrıseçkilik siyasəti ilə digər "təhlükəli" xalqları gələcək inkişafdan elə məhrum ediblər ki, tankların və topların döyüş meydanlarına çıxıb onları məğlub etməsinə ele bir ehtiyac qalmır. Əslində Sovetlər dönəmində qafqazlara qarşı tətbiq edilən bu üsul rusların özünüqoruma tədbirləri sırasında ən effektlisi sayıla bilərdi.

İndi keçək mətləbə. Bu günlərdə Şimali Qafqazın 140 hərbi çağırışçısı Vətən qarşısında borcunu yerinə yetirmək üçün Rusiyanın şərqinə, Rostov-Dona yola düşüb. Rəqəmin belə fövqəladə azlığı sizi təəccübləndirdisə, deyək ki, Cənub hərbi dairəsinin verdiyi məlumata görə, Stavropol diyarı nzərə alınmasa, yerde qalan bölgələrin birgə çağırışçı kvotası 2000 nəfərden ibarətdir. Halbuki regionun insan resursu bundan qat-qat çoxdur ve ciddi demoqrafik böhran yaşayan bir ölkənin Silahlı Qüvvələrinin komplektləşməsindəki ağır durumu aradan qaldırmaq üçün Qafqaz millətleri ən mühüm dayaq ola bilərdi. Lakin rus hərbi-siyasi elitasının ayrı hesablamaları və hesabı var!

Çoxmilyonlu Dağıstan Respublikasının 2.8 milyonluq əhalisi fonunda çağırışçı kvotası 800 neferdir. Bu limitin gerçək vəziyyəti tam əks etdirmədiyini sübut etməyə tələsməyin. Çünki xüsusi vurğulayaq ki, Şimali Qafqaz əhalisinin 30 faizini, Dağıstanınsa 3.5 faizini ruslar təşkil edir. Bele çıxır ki, hərbiyə yararlı sayılan bu cüzi çağırışçıların da əsas hissəsini slavyanlar təşkil edir. Stavropolun əhalisi 2.7 milyon olsa da, çağırışçıların sayı 4000 mindən artıqdır. Çünki orada çoxluq - konkret deyilsə, əhalinin 80 faizi ruslardan ibarətdir.

Dağıstan hərbi komissarı Daytbeq Mustafayev bəyan edir ki, möhlət hüququna, tibbi durumuna və digər istisna hallara baxmayaraq, tekce yaz çağırışında bu respublika 30-40 min möhkəm, yüksək fiziki hazırlıqlı əsgəri Rusiya ordusuna göndərməyə hazırdır. Lakin Çeçenistan da daxil bu ərazilərdə ümummilli çağırış ve seferberlik elan olunmur, müraciətlər və tələblərə məhəl qoyulmur. Əvəzində kazakların hər bir sıra nəfəri uğrunda sanki mübarize gedir. Onları xidmətə cəlb etmək üçün ən sərt ve güzəştsiz siyasət yürüdən Rusiya hərbi rəhbərliyi məlum siyasetile kimə arxalandığını açıq nümayiş etdirir.

Bəs vətəndaşlar arasında qoyulan bu fərqin sebebi nədir? Yoxsa bu etnik-milli tabe etdirmənin mühüm bir silahıdır və söhbət heç də sadəcə komissarlıqların işinin təşkili, hərbi sistemdəki korrupsiya ile bağlı deyildir? Dağıstanda belə düşünürlər ki, rus siyasətçilərinin belə qərarı hərbi peşəyə yiyələnən qafqazlıların sonradan terror qruplarına qoşulması təhlükəsilə əlaqədardır. Çeçenlərlə savaş təcrübəsi sübut etdi ki, xarici dairələr ilk növbədə peşəkarlara və döyüş sənətinin sirlərini bilənlərə agent ve mücahid kimi yanaşır, onların üzerində diversiya planlarını həyata keçirirlər.Xüsüsilə də dərin dini etiqad daşıyıcıları olan Qafqaz xalqlarının təmsilçiləri kənar təsirlər müqabilində, islami birliklərin ve fondların yardımı ile vətəndaş itaətsizliyinə tez yuvarlanır və milli azadlıq hərəkatlarının hazır bazisinə çevrilirler. Ona görə də ruslar belə qafqazlı hərbçisinin timsalında gələcək Xilafət Ordusunun döyüşçülərini görürlər.

İddia olunur ki, ruslar həm də Şimali Qafqaz əsilli çağırışçıları hərbi hissələrdə idarə edə bilmir və daha kütləvi intizamsızlıqdan qaçmaq üçün belə vasitəyə əl atırlar. Lakin bu o qədər də təsirli arqument deyil. Rus ordusunda komandirlərin istənilən adamı əzən qeyri-insani münasibətlər sistemi içində belə mövqe keçərli deyil.

Vaxtilə azərbaycanlıların xidmət etdiyi fəhle batalyonlarını indi öz xalqına çox görən Rusiya Qafqazı hərbi sərkərdələrdən və ordudan məhrum etmeyin çox sadə yolunu tapıb. Dudayev tecrübəsinin amansız gerçəkləri elə bir miras qoyub ki, indi bütün çeçenləri, kabardinləri, adıgeyləri və dağıstanlıları ömürlük möhlətə göndərən Rusiya hökuməti separatizmdən və azadlıq hərəkatlarından özünü bu yolla sığortalanış hesab edir. Üsyançı millətlərin inqilabi potensialları beləcə yatırılır və gələcəkdə rus hərb işinin sirlərini bilən zabitlər yetişmir. Tarixdə bu üsula əl atan çoxlu imperatorlar olub. Britaniya öz koloniyalarını teebeliyində saxlamaq üçün nəinki əsgəri xidmətləri, həmçinin bir sıra hərbi vəzifələri də konkret millətlərə-şotlandlara, uelslilərə qadağan etmişdi. Napoleon ordusunda daglıları və "dikbaş" xalqaları islah etməyin yolunu onları ağır əmek teləb edən sahələrə yönəltməkdə görürdüler. İndi müasir rus ordusunun çoxmillətli mənzərəsi ondan ibarətdir ki, orada slavyanlar bütün birləşmələrin başında və ölkənin keşiyində dururlar.

Lakin bu yolla qafqazlıları döyüşdən kənarlaşdırdıqlarını düşünənənlərə Suriya meydanları ən yaxşı cavab səhnəsidir! Orda kimə qarşı deyil, məhz fiziki varlığını ortaya qoymaq və hər cür qəhramanlığa qadir olduqlarını göstərmək istəyən millətlər savaş meydanına atılıb. Qafqazın hərbi potensialı Yaxın Şərqə daşınıb. Bu, ruslar üçün görk olmalıdır!

Yazı millət vəkili Zahid Orucun facebook səhifəsindən götürülüb

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə