Azərbaycana əsir düşmüş erməni əsgərin valideynləri Putinə ümid edir

Azərbaycana əsir düşmüş erməni əsgər Akop İnciqulyanın valideynləri Ermənistan prezidenti Serj Sarkisyana, eləcə də ölkənin müdafiə naziri Seyran Ohanyana müraciət ünvanlayıblar. Sosial şəbəkələrdə «Əsir əsgərə kömək edin» səhifəsi ilə yayımlanmış məktubda Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri önə çəkilir. «Biz bilirik ki, bu gün Rusiya prezidenti Vladimir Putin və onun rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyəti Bakıda olacaq. Sizdən xahiş edirik, bu imkandan yararlanaraq Rusiya prezidenti ilə əlaqə yaradın. Ondan övladımızın qaytarılması üçün vasitəçi olmağı xahiş edin. Hesab edirik ki, sizin şəxsi əlaqələriniz, həmçinin xalqlarımız arasındakı əsrlərə söykənən dostluq nəticə əldə etməyə imkan verəcək».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə