Zahid Oruc üçün 12 min imza artıq hazırdır

 

Prezidentliyə namizədliyini irəli sürmüş millət vəkili Zahid Orucun prezidentliyə  namizədliyinin rəsmən qeydə alınması üçün onun  imzatoplama kampaniyasına avqustun 18-dan start verilib və bu müddət  ərzində 12 mindən artıq seçici imzası toplanıb. Bu barədə Modern.az saytına prezidentliyə namizədin bu günlərdə yenicə fəaliyyətə başlamış Seçki Qərargahının rəhbəri Ərəstun Əlioğlu məlumat verib.

Ə.Əlioğlu bildirib ki, imzatoplama kampaniyası uğurla davam edir və kampaniya ölkədəki 125 Seçki Dairəsinin böyük əksəriyyətini -70-dən çoxunu əhaətə etməkdədir. Onun sözlərinə görə, məlum imzatoplama kampaniyasına 20-yə yaxın fəal cəlb olunub ki, onlar da öz işlərini seçki qanunvericiliyinə uyğun şəkildə uğurla aparmağa çalışırlar: “Çox güman ki, yaxın zamanlarda da  imzatoplama kampaniyasını uğurla başa çatdırıb, imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyik”.

Ə.Əlioğlu MSK-da Z. Orucun səlahiyyətli nümayəndələrinin təsdiqləndiyini vurğulayıb. O, prezidentliyə namizədin Seçki Qərargahının da yenicə fəaliyyətə başladığını və onun öz üzərinə düşən işlərin öhdəsindən məsuliyyətlə, uğurla gəlməyə çalışdığını bildirib: “Onu da qeyd edim ki, Seçki Qərargahımız Nərimanov rayonu ərazisi-Təbriz küçəsi -116 ünvanında yerləşir və maraqlananlar qərargahımıza gələ, müraciət edə bilərlər”.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə