Zahid Orucun siyasi portreti

İstənilən demokratik ölkənin siyasi sistemi üçün seçki kimi mühüm bir siyasi prosesin xüsusi əhəmiyyəti vardır. Sekçi cəmiyyətdən gələn impulslara cavab verə bilmək üçün unikal şanslar məqamıdır. Sekçilərə qatılan namizədlər də məhz bu impulslara özlərinin siyasi çəkisi, siyasi mədəniyyəti və siyasi maraqları həddində cavab verməyə çalışırlar. Burada bir incə məqama xüsusi diqqət yetirmək lazımdır. Siyasi çəki və siyasi mədəniyyət olmadığı halda və ya zəif olduğu halda belə, siyasi maraq bütün hallarda qabarıq şəkildə müşahidə olunur. Siyasi maraqların mövcudluğu özü-özlüyündə müsbət hal kimi qiymətləndirilə bilər. Bu, o halda mümkündür ki, maraqlar cəmiyyətin mövcud inkişafına daha da təkan verməyə, cəmiyyətdə qütbləşməyə yox inteqrasiyaya, radikalizm meyllərinin güclənməsinə deyil dinc tərəqqiyə xidmət etmiş olsun. Qeyd edilən bu məqamlar Azərbaycan Respublikası üçün xüsusilə əhəmiyyətlidirlər. Belə ki, ölkədə bütün sahələrdə davamlı tərəqqi müşahidə olunmaqdadır, qısa bir zamanda dövlət olaraq beynəlxalq münasibətlərin, mövqeyinə kifayət qədər ciddi yanaşılan bir aktoruna çevrilmişik, regionun şəriksiz olaraq siyasi, iqtisadi lokomotivi rolunda çıxış edirik və s. Bütün bu uğurlar fonunda təbii ki, düşüncələr ancaq yaxşını daha da yaxşı etmək istiqamətində köklənməlidir. Bütün fəaliyyət də, çağırışlar da bu yöndə qurulmalıdır və edilməlidir. Qarşıdan gələn prezident seçkilərinin aktiv iştirakçıları seçkiqabağı fəaliyyətlərini məhz əldə etdiklərimizin qorunub saxlanması və daha da artırılması istiqamətində qurmuş olsalar elektoratın müsbət reaksiyasına ümid edə bilərlər.

Təbii ki, əksər hallarda seçkinin aktiv iştirakçıları, yəni, namizədlər öz platformalarını başlıca olaraq cəmiyyətdəki narazılıqların, çatışmazlıqların üzərində kökləyirlər. Bütün cəmiyyətlərdə narazılıqlar və çatışmazlıqlar mövcuddur. Çünki, narazılıqların və çatışmazlıqların olması cəmiyyətin mövcudluğunun, hərəkiliyinin səciyyəvi xüsusiyyəti və göstəricisidir. Ən azından cəmiyyət üzvlərinin hamısının eyni bir marağa malik olması qeyri mümkündür. Cəmiyyətdə daim məhdud resurslar uğrunda mübarizə gedir. Bu insan təbiətinin qayəsidir. Məhdud olan hər bir şey həmişə insanlığı cəlb etmişdir. Cəmiyyətdəki ən məhdud resurslardan biri də təbii ki, siyasi hakimiyyətdir. Bu baxımdan, siyasi hakimiyyət uğrunda mübarizə təbii bir haldır və cəmiyyətin xarakterindən doğur. Bütün bunların fonunda qətiyyətlə qeyd edirik ki, Azərbaycanda cəmiyyətdəki narazılıqlar və çatışmazlıqlar üzərindən hakimiyyətə gəlməyi ümid etmək elə başlanğıcdan məğlubliyyət deməkdir. Çünki, Azərbaycan cəmiyyətində monolitliyə nail olunmuşdur və cəmiyyətdə olsa-olsa cüzi qüsurlar tapmaq olar. Məhz bu qüsurların aradan qaldırılması istiqamətində kreativ düşüncə sahibi, köməyini gösətmək istəyən, qüsur axtarışı ilə deyil, mövcud tərəqqinin daha da yüksəlməsinə çalışan siyasi subyekt elektoratda öz haqqında müsbət rəy formalaşdıra bilər. Azərbaycan Respublikasının Prezidentiyinə namizəd Zahid Oruc məhz bu prinsiplərə söykənərək sekçi marafonuna qatılmışdır. Namizədin uğurunu əksər hallarda onun siyasi portreti müəyyən edir. Bu səbəbdən seçki texnoloqları əsas səylərini məhz namizədin siyasi protetinin yaradılmasına yönəldirlər. Siyasi portetin yaradılması kifayət qədər məsuliyyətli və böyük  zəhmət tələb edən prosesdir. Çünki, əksər hallarda yaradılmış siyasi portret reallıqla heç uzlaşmır. Yəni, texnoloqlar əslində mövcud olmayan bir obrazı cəmiyyətə təqdim etməyə çalışırlar. Bu isə əksər hallarda siyasi fiasko ilə nəticələnir. Bəzən isə namizədin siyasi portretini yaratmaq demək olar ki, heç bir əlavə zəhmət və səylər tələb etmir. Belə namizədlər artıq öz fəaliyyətləri və cəmiyyətdəki mövqeləri ilə özləri öz müsbət obrazlarını formalaşdırmış olurlar. Prezidentliyə namizəd Zahid Oruc lap gənc yaşlarından özünün dəyişməz siyasi mövqeyinə, ideyalarına malik olmuşdur. Bunlar olduqca böyük keyfiyyətlərdir. Zahid Orucun adı gəldikdə göz önündə ilkin olaraq patriot, ictimai məqsədlər naminə vətəndaşları daim birliyə çağıran, səlist siyasi ritorikaya malik olan, mənəvi saflığı ilə seçilən bir siyasətçinin obrazı canlanır. Zahid Orucun siyasi portretinin əsas cizgiləri budur və bunu onun özü, heç bir siyasi texnoloqun köməyi olmadan, öz fəaliyyəti ilə formalaşdırmışdır. İmzatoplama kompaniyası zamanı da biz bir daha bunun şahidi olduq. Yəni, imzatoplama kampaniyası zamanı insanların həvəslə onun namizədliyini dəstəkləməsi göstərir ki, Zahid Oruc cəmiyyətdə tanınmış, qəbul olunan bir siyasi xadimdir. Zahid Orucun siyasi portretinin əsas nəzərə çarpan cizgilərindən biri də ondan ibarətdir ki, o, siyasi ambisiya naminə özünü görməzliyə vuran insan deyil. Belə ki, Zahid Oruc ölkədə inkişafı, insanların sosial rifahının yüksəldilməsi istiqamətindəki davamlı dövlət siyasətini həmişə təqdir etmişdir. Onun müstəqil namizəd kimi prezident sekçilərinə qatılmasının başlıca hədəfi də nələrinsə üstündən xətt çəkib yenisini yaratmaq deyil, məhz əldə etdiyimiz uğurlara dinamik dəyişən zamanın tələblərinə uyğun yeni çalar qatmaqdan ibarətdir. Belə düşüncə tərzi və ideyalarla prezident sekçilərində iştirak etmək Zahid Orucun məhz xalqın, cəmiyyətin maraqları bucağından çıxış etməsinin tutarlı sübutudur. Beləlliklə, Zahid Oruc artıq uzun illər öncədən özünün sadə, sıravi cəmiyyət üzvünə yaxın, eyni zamanda liderlik keyfiyyətləri ilə zəngin siyasi portretini yarada bilmişdir. Ən əsası isə bu siyasi obrazı görmək üçün beyni əlavə gərmək lazım gəlmir. Bütün cizgilər sadə, pozitiv elementlərlə zəngin və asan dərk ediləndir. Onun devizi belədir! Təki millətimiz qalib gəlsin! 

Elşad Mirbəşir, politoloq

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə