Zahid Oruc: “İsa Qəmbər Fəxri Xiyabana getsə, Heydər Əliyevin məzarı önündə baş əysə...”

Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, prezidentliyinə namizəd Zahid Oruc özünün facebook səhifəsində aşağıdakı fikirləri paylaşıb:

"İnkarçı mövqedə olanlar prosesin tamamilə 93-cü ilə qayıtmasını da istəmirlər. Lakin eyni zamanda bir siyasətin uğurlu adı ilə dayanıb, problemlərin daha gerçək şəkildə dövlət kursuna daşınmamasını da qəbul eləmirlər. Siz soruşursuz mən kimə alternativəm? Bu mənada hesab edirəm, çox məmnuniyyətlə deyirəm ki, seçki mübarizəsinə baxsaq, burda daha çox ideyalar dartışır, fikirlər cəmiyyəti dəyişdirir. Heydər Əliyev ideyasına söykənmək müxalif qüvvələrin özünə bir uğur gətirərdi. Əgər İsa Qəmbər günün birində Fəxri Xiyabana getsə, Heydər Əliyevin məzarı önündə baş əysə, onun başı əyilməz. Bu məmnuniyyət önündə dövlət qurucusuna ehtiram var. Nümunə üçün Türkiyəyə baxaq. CHP, MHP liderlərinin gedib Atatürkün məzarı qarşısında baş əyir. Bu məsələlərdə, keçmişin tanınması prosesində hələ ki, Azərbaycanda problemlər var. Hərəkat lideri olmaq, siyasi azadlıqların əldə olunması üçün mübarizə aparmaq o demək deyil ki, kiminsə dövlət quruculuğundakı rolu və xidmətlərini dana bilərsən!"

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə