Prezidentliyə namizəd: “Hərdən şagirddən döyüşçü, döyüşçüdən şair olmağı tələb edirik”

Zahid Oruc gənclərə səsləndi

Azərbaycan Respublikasının Prezidentliyinə potensial namizəd, millət vəkili Zahid Oruc özünün facebook səhifəsində aşağıdakı fikirləri paylaşıb:

"Müasir gəncliyin formalaşma prosesi bizlərdən xeyli fərqlidir və ona elə bir universal düstur vermək mümkün deyil ki, hamı o formulun üzərində ən yüksək hədəfə çatsın. İnsanlar fərqlidir. Doğal olaraq, hər kəs ana bətnində tamam başqa bir naturada, keyfiyyətdə formalaşır, sonra dünyaya göz açır və coğrafi mühitdə, cəmiyyət arasında tamam fərqli, psixoloji, fərqli elmi keyfiyyətlərə malik olur. Buna görə də, mənim dediyim universal görünməsin, amma, indiki gənclik ki, gələcəyimiz kimi qeyd edirik, bu planda onların formalaşması üçün müxtəlif, mənfi keyfiyyətlər də, mənfi proseslər də ortadadır. Bir tərəfdən ona görə ki, həddən artıq şounun çəkili bir əmsalı var, cəmiyyət həyatında da, efirdə də. O cümlədən, hədəfə tez çatmaq istəyi ilə gəncliyin müxtəlif çətinliklərə tab gətirə bilməməsinə və başqa xoşagəlməz vasitələrdən istifadə edərək, öz istəklərinə nail olmasına müsbət bir hadisə kimi baxmıram. Dünyada yaponları bir model kimi qeyd edirlər. Nədir bunun əsası - onlar kamikadze ruhundan, samurayçılıqdan 40-cı illərdə müəyyən bir səviyyədə imtina etməyə başladılar. Bu gün də həyatlarında bu milli ənənələr yaşayır, söhbət yoxdur, amma, onu birinci yerə qoymaqdan daşındılar və yüz nəfər Çikaqoya yaxşı istedadlı insanları göndərdilər, sonra onlar gəldi, Yaponiyanın indiki elmi-texniki tərəqqisinin əsasını qoydular. Bunun üçün də, mən gəncliyə, o zaman ki, onlara verilib və yeganə tələb var onların üzərində, onu yerinə yetirməyi arzulayıram. Yəni onlar əgər bu gün parta arxasındadırlarsa, sadəcə oxumalıdırlar. Bilirsiniz, ən böyük vətənpərvərlik öz işini yerinə yetirməkdir. Ən böyük vətənpərvərlik özünün üzərində olan vəzifəni yerinə yetirməkdir. Hərdən şagirddən döyüşçü, döyüşçüdən şair olmaq, şairdən başqa bir kəs tələb edirik. Ona görə də, insanların yeri səhv düşür. Ona görə də istədiyimiz nəticəni ala bilmirik. "Səhv düşəndə yerimiz" ifadəsi də burdan doğubdur. Bu zaman ki onlara verilibdir və həyatın ən gözəl dövrüdür, ən gözəl, ən qaynar, enerjili, potensillı zamanıdır. Bunu fövtə verməsinlər, sonra bunları geri qaytarmaq mümkün olmayacaqdır".

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə