İmza sahiblərinin Qarabağ sualları...

 

İmzaların toplanması nə qədər əziyyətli idisə, onun yükünün altına girmək, onun məsuliyyətini anlamaq, bir o qədər, bəlkə də ondan da artıq əziyyətli və də məsuliyyətlidir. Çünki, hər bir imza o imzanı könüllü verən şəxsin gələcək namizədə olan inamının təcəssümüdür.

El-el, şəhər-şəhər, kənd-kənd, qapı-qapı dolaşaraq insanlarla görüşüldü. Arzu və istəklər dinlənildi. İnsanlara çıxdığımız bu yolda məsuliyyətimiz, görmək istədiyimiz işlər anlatıldı. Birisi öz problemini, başqa birisi yaxının problemini, bir başqası isə ölkənin problemini anlatdı.  Görmək istədiyi, yaşamaq istədiyi həyatı anlatdılar bu insanlar. Çoxusu isə “Qarabağı azad edə biləcəksinizmi” deyə xəbər aldılar. “Bizlər 20 ildən çoxdur ki, öz torpaqlarımızı azad və firəvan görmək, İstisu, Turşsu bulaqlarından yenə də su içmək, orada qoyun-quzmuzu otararaq, sac kənarında yuxa bişirəmək, somavar salaraq çay içmək, öz evimizdə övladlarımızla firəvan yaşayıb, həyət-bacamızda torpaq becərərək onun ətrini almaq istəyirik.... Bunları bizə verə biləcəksinizmi?” deyərək bu işin məsuliyyətinin səviyyəsini və dərəcəsini bizlərə bir qədər də anlatmağa çalışdılar.

Çətindir, məsuliyyətlidir....

“Siyasətçi dövləti tikənə və millət qurucusuna deyilir. Onun verdiyi fərmanlar, qərarlar və göstərişlər təkcə hüquqi bir akt olmayıb həm də xalqın taleyini müəyyən edən “əsərlərdir”... Bütün milli işlər insanlardan ruh və dəstək alaraq görüləndə həyatiləşir, gerçək məzmun kəsb edir və tarixi mahiyyət daşımağa başlayır.” Deyən Zahid Oruc təfəkkürü bu məslədə də “Qarabağsız Azərbaycan yoxdur” məfkurəsinə dayanaraq “Qarabağ kimi natamamlıq kompeksi yaşayan bir millətə məhz uğura inam aşılamaq gərəkdir. Çünki bütün həyat fəlsəfəsində bu acıdan dolayı gerilik və milli potensialına şübhə yaşayan topluma tarixi yaddaşındakı və arzularındakı o böyük obrazları qaytarmaq bütünlüyə qovuşmağın yeganə açarıdır. Biz torpaqları döyüşdə uduzmazdan qabaq onu iqtisadi xaosda, siyasi zehniyyət yoxluğunda, diplomatiyanın məhəlli səviyyəsində itirmişdik. İndi alimin düşməndən güclü olsa, elmin və əqli gücün rəqibini aşsa, qanunlarla idarə olunan və ədalətlə dayanan bir cəmiyyət yaratsan, o torpaqlar sənindir. İblisin bu detallarda gizləndiyinə şübhə etməyin. Biz dəyişdikcə və fərdi uğurları çoxaltdıqca şər geri çəkiləcək, işğala son veriləcək. Bunu unutmayın!” kəliməsini bir daha öz insanımıza anlatmağa çalışdı. Maraqlıdır ki, Qarabağ Dövlət Universitetinin yaradılmasının zəruriliyini vurğulayan siyasətçi “...Təhsil Qarabağ uğrunda ermənilərlə savaşın mühüm bir səngərinə çevrilməlidir. Dünya dəyişib və klassik müharibə metodları təkmilləşib. Bu adın azərbaycanlılarda olması və orada hazırlanacaq elmi kadrlar hərbi döyüşlərin ön cəbhəsinə çıxacaqlar...

Ən böyük sərvət və tükənməyən resurs bilikdir. Qarabağa savadlı millət sahib duracaqdır!” deyərək sual, arzu, eyniz zamanda istək dolu simalara olduqca önəmli mesajlar ötürdü.......

Toğrul Əlizadə, Prezidentliyə namizəd Zahid Orucun könüllüsü

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə