Bizləri Qarabağa aparan fakellər (MÖVQE)

Liderləri cəmiyyət yetişdirir. Ancaq bu prosesdə cəmiyyət nə qədər mühüm rol oynasa da çox maraqlıdır ki, liderlərə ehtiyac duyan da elə cəmiyyətin özüdür. Çünki lidersiz cəmiyyət “zülmət gecədə gerçək yolun axtarılması” kimidir. Bəs elə isə lider olmaq nə deməkdir? Kimlərə lider deyilir?

Liderlik, təsir gücüdür. Həqiqi lider əhatəsində olan insanları öz arxasınca apara bilən və təsir dairəsinə almağı bacaran insandır. Liderliyin əsas prinsipləri dəyişməzdir. Lider daim öndə deyil, yeri gəldikdə arxa planda durmağı bacarır. Dəyişikliyin yaradıcısı olaraq öz prinsipləri ilə hərəkət edir, çətinliklərlə mübarizə aparır, əxlaq və hörmət kodeksini öz mənfətindən üstün tutur, daim yeni fikirlərə açıq olur.

Yuxarıda qeyd etdiklərimizdən başqa, liderin bir çox digər keyfiyyətlərini də sadalamaq olar. Lakin elə bu keyfiyyətlərin sadalanması da kifayət edir ki, göz önündə prezidentliyə namizəd Zahid Orucun obrazı canlansın. Zahid Orucun özünəməxsus liderlik cizgiləri mövcuddur. Bu təvazökar insanın ən böyük liderlik keyfiyyəti məhz ondan ibarətdir ki, o, kütləyə nisbətdə hansı mövqedə dayanmasından asılı olmayaraq millətinə xidmət edir və ətrafındakıları da özü ilə səsləyir. Zahid Oruc mütəmadi olaraq cəmiyyət içərisindəki probemlərlə maraqlanmış, köməyə, dəstəyə ehtiyacı olan insanların daim yanında olmuşdur. O, hər zaman istər gənc nəslin, istər orta nəslin, istərsə də yaşlı nəslin problemlərini qabardaraq, mütəmadi şəkildə bu problemlərin üzərinə getmişdir. Bu gün bir çox problemlərin mövcudluğu, onların cəmiyyətin inkişafında sözün həqiqi mənasında baryerə çevrilməsi heç şübhəsiz ki, gizli deyil və bu problemlərin olması mütəmadi şəkildə ölkə rəhbərliyi tərəfindən də gündəmə gətirilir.

Fikrimizcə, çətinliklərin aradan qaldırılması, onların cəmiyyətin inkişafında yaraya çevrilməməsi, habelə xarici ekstremist qüvvələrin bunlardan ölkənin milli mənafelərinə alət kimi yararlanmaması üçün bu xalqın Zahid Oruc kimi vətənpərvərlərə çox böyük ehtiyacı var. Dövlətinə, dövlətçiliyinə, Ulu Öndər Heydər Əliyev kursuna sadiqliyi ilə daim diqqətlərdə qalan bu insan böyüyündən-kiçiyinə, ustasından-müəlliminə, həkimindən qanun keşikçisinə, şairindən ziyalısına, bir sözlə milli və dini mənsubiyyətindən aslı olmayaraq hər bir vətəndaşına doğma və əziz olmuşdur.

Hər zaman xalqına, insanına yararlılığı ilə yadda qalan Zahid Oruc millət vəkili olduğu Bərdə ictimayyətinin də problemlərinə qayğı ilə yanaşmış, bu problemlərin öhdəsindən rəşadətlə gəlməyə çalışmışdır.

Xalqın problemlərinin üzərinə gedərək, dövlət proqram və təşəbbüslərinin gerçəkləşməsində müstəsna rol oynayan Zahid Oruc, bununla da öz amalına sadiqliyini bir daha nümayiş etdirmişdir. Bu eyni zamanda xalqına və xalqın seçiminə hörmət anlamına gəlməkdədir. Çünki xalqını sevən şəxs, xalqın seçmiş olduğu rəhbərinə də hörməti təcəssüm etdirmiş, kimliyinə verilən dəyərlərə isə ehtiramla yanaşmışdır.

“Ölkənin yükü bir nəfərin üzərinə düşməməlidir”, “Daha böyük uğurlara imza atmaq üçün ölkə rəhbərinə dəstək gərəkdir, hamı bir nəfər kimi, səfərbər olmalı, təyin olunduğu vəzifəyə uyğun olaraq işini layiqincə yerinə yetirməlidir”. Bu fikirlərin müəllifi olan Zahid Oruc deputatlıq yükünü dərk edərək hər zaman xalqın yanında oldu, problemləri ilə maraqlandı. Mavi ekran qarşısına əyləşərək müxtəlif kanalların ictimai-siyasi məzmunlu proqramlarını, xəbər buraxılışlarını, informasiya bülletenlərini izləyən hər kəs Zahid Oruc imzasına rast gəldi: “Bərdə rayonun Kərimbəyli kəndinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə millət vəkili Zahid Oruc və rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmişlər”, “Bərdə rayonunun Piyadalar kəndinə təbii qaz verilişi münasibətilə açılış mərasimi olmuşdur. Tədbirdə millət vəkili Zahid Oruc, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” İB-nin Tikinti Departamentinin rəis müavini Fuad Şükürov iştirak etmişlər.”, “Bərdənin Əliyanlı kəndinə təbii qaz verilişinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı cənab Zahid Oruc, rayon icra hakimiyyətinin başçısı cənab Vidadi İsayev, “Azəriqaz” İstehsalat Birliyinin Əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov və digərləri iştirak etmişdilər”.

Vətəndaşının evində qazın gəlməsi ilə Qarabağda qazanılacaq qələbəyə bir addım da yaxınlaşıldığını düşünən Zahid Oruc eyni zamnda dövlət-xalq münasibətlərində həlledici faktorun ünvanını göstərməklə bərabər, ona qayğı ilə yanaşmanın lazımiliyini də ön plana çəkir. Zahid Oruc fəxrlə qeyd edir: “Dünən təmsil etdiyim Bərdə şəhərinin 3 kəndinə mavi yanacaq verildi. Eyni zamanda, daha 40 kəndin qaz təminatını sürətləndirəcək və yüksək keyfiyyətlə həyata keçirməyə imkan verəcək AQRS qurğusunun da açılışı oldu. “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri, Bərdə rayon icra hakimiyyətinin başçısı və biz - millət vəkilləri tədbirlədə iştirak edərək 20 ildir ki, soyuq olan bu ocaqlara rahatlıq, istilik, səliqə və sahmanın gəlməsi sevincini insanlarıımızla bərabər bölüşdük. Şəhərin Qarabağ qəsəbəsi, Muğanlı və Davudlar kəndi birlikdə 600-dən artıq abonent məişət həyatının ağır mərhələsini arxada qoydular. Yaxın günlərdə də daha 4 kənd daxilində belə mərasimlər keçiriləcəyi gözlənilir. 20 illik fasilədən sonra Bərdənin daha bir ərazi vahidinə - Türkmənə mavi yanacağın verilməsini böyük hadisə kimi dəyərləndirən Zahid Oruc vurğulayır ki, staxanovçular hərəkatı keçmişdə qalıb və bizim üçün ən başlıcası, bu gün sevinən 360 ailənin evinə rahatlıq, istilik və dincliyin gəlməsidir. Qarabağda yanan hər bir məşəl, insana qoyulan investisiya ermənilər əleyhinə keçirdiyin hərbi əməliyyat qədər vacibdir. Hər kəsin qaranlıqla mübarizəsinin bircə üsulu var: özü bir mum yandırmağı bacarmalıdır. Bu gün Qarabağda ocaq qalamadan Xankəndinə və Təbrizə getməyi düşünməyin. Çünki, ən böyük uğur, məhz birinci addımdan başlanır.” “Qarşıdakı bir ildə rayonun bütün inzibati ərazi vahidləri isti ocaqlara qovuşacaqdır. Bu, ölkənin birinci şəxsinin tapşırığı və dövlət proqramıdır. Zəhməti olan hər kəsə düşən yeganə mükafat insanların duasıdır. Məmur və millət vəkili vəzifəsini yerinə yetirəndə adamlar heç zaman bunu itirmirlər. Saat 17:30-da axşam qaranlığına düşən son mərasimi işıqlandıran ən böyük çıraq mavi məşəl idi. Qarabağ savaşını güclü vətəndaşlara sahib olan dövlət qazanacaqdır!” Və ya bir başqa misal.. “Böyük Mustafa Kamal deyirdi: “qulluqların ən şərəflisi xalqa xidmətdir. Fərq etməz, ya döyüş meydanı, ya da başqa dövləti vəzifəni yerinə yetirərkən. Mahiyyətcə milli işə yarayan nə varsa düşmən üzərində qələbəyə xidmət edir. Dünyanın hazırkı mənzərəsi klassik müharibə modellərinin arxada qaldığını göstərir. Vətəndaşı güclü olan millət döyüşü hər zaman qalibiyyətlə başa vurur”.

Toğrul Əlizadə, Prezidentliyə namizəd Zahid Oruc könüllüsü

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə