Fazil Mustafadan siyasət-futbol paraleli (MARAQLI)

 

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafa özünün facebook səhifəsində maraqlı status paylaşıb. Həmin statusu təqdim edirik:

“Emosional futbolla emosional siyasət bir-birinə bənzəyir. Fatih Terim təbrübəli məşqçi kimi bəzi epizodlarda uğur qazana bilər, ancaq bu qalıcı uğur olmayacaq. Futbol kütlənin istəyi şəklində oynanmadığı kimi, siyasət də kütlənin istəyinə uyğunlaşdırılmamalıdır. Qalatasaray havaya girmədikdə oyun sistemini itirir. Bir-iki qol vəziyyətindən istifadə etməyəndə tam bir məyusluq zolağına düşür. Maraqlıdır ki, eyni saatlarda oynayan Luçeskonun "Şaxtyor"u səfərdə Real-Sosyedadı 2-0 məqlub etdi. Çünki, Luçesku üçün oyuna başlamazdan öncə birinci şərt sabit oyundur.

Sabitlik Fatih Terim üslubuna yaddır. Ona görə də Türkiyədə Luçeskuya dəyər vermədilər, Fatih Terimi isə İmperator ləqəbi ilə mədhiyyə etdilər. Türkiyə siyasətində də müşahidə etsəniz emosiya, bəlağət çox zaman soyuqqanlılığı üstələyir. Luçeskunun soyuqqanlılığı ilə Fatih Terimin emosionalığı komandaların da xarakterinə eynilə hopub. Eynilə bizdəki siyasi mübarizə formatına bənzəyən oyun gedir. İqtidar kütləni siyasətdən uzaq tutaraq sabit və emosiyasız oyuna üstünlük verir, müxalifət isə geniş kütlələri siyasətə qoşmaqla emosiyaları coşduraraq demokratik hərəkətlilik istəyir. Birinci bu anlayışla 20 ildir hakimiyyəti qoruyur, ikinci isə 20 ildir hakimiyyətə yaxın buraxılmır. Əslində isə məğlub durumdakılar hələ də düşünmək istəmirlər ki, ölkədə sabitlik istəyən çoxluq var, amma demokratiya istəyən çoxluq yoxdur. 1-6 hesablı məğlubiyyət kimi 20 illik məğlubiyyət də soyuqqanlı taktiki sistem dəyişikliyi tələb edir. Epizodik qələbələr deyil, qalıcı uğurlar istəyənlər üçün bu düşüncə dəyişikliyi qaçınılmazdır”.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə