Zahid Oruc: “Mənim mövqeyim Prezidentin müdafiəsi yox...” (ETİRAZ)

Prezidentliyə namizəd Zahid Oruc özünün facebook səhifəsində aşağıdakı fikirləri paylaşıb:

"Əziz həmvətənlər!

İki gün öncə bu efirdə baş vermiş qeyri-mədəni davranışlara görə iki şəxsin Hafiz Hacıyevin və Cəmil Həsənlinin Azərbaycan xalqından üzr istəməsini tələb edirəm!

Mən, burda həm Hafiz Hacıyevdən həm Cəmil Həsənlidən öz hərəkətlərinin fərqində olmaqlarını gözləyirdim amma həm də gözləmirdim, çünki açıqdan açıqa Cəmil Həsənli xüsusi olaraq eyforiya altındadır, daha artıq dərəcədə siyasi demoqogiya mühitində o, nə etdiyinin fərqində deyil. Əslində mənim deyəcəyim məsələlər xeyli ayrıdır, lakin düşünürəm ki, onun qaldırdığı məsələlər heç bir halda konkret olaraq Azərbaycan prezidentinə qarşı deyil, daha artıq dərəcədə Azərbaycan dövləti üzərində aparılmış zəiflətmə planının tərkib hissəsidir. Ona görə də mənim mövqeyim Prezidentin müdafiəsi yox? daha artıq dərəcədə Azərbaycanın, dövlətin müdafiəsi olacaqdır. Onun dediyi faktların bir neçəsinə cavab vermək istəyirəm :

Əvvəlcə onu qeyd edim ki, dünyada hazırki dövrdə dövlətləri ələ keçirmək, ölkələri tutmaq uğrunda mübarizə tankla, topla aparılmır. Bu günün mübarizənin əsas silahı informasiyadır. Bu gün əsas tanklar, toplar necə deyərlər “CNN” kanalıdır, ”BBC”dir, yerdə qalan digər iri, gigant informasiya sistemləridir. Bir ölkənin üzərinə düşürlər, onun haqqında, dövlət haqqında informasiya formalaşdırırlar və yalnız bundan sonrakı dövrdə dövlət-vətəndaş münasibətlərində problem yaradandan sonra onların üzərinə yeriyirlər. Mən, bunun nümunəsini Sizə göstərəcəm. 2011-ci ildə B. Obama Türkiyəyə gəldi. İsveçrədə imzalanmış həmin məşhur sənədin Türkiyə-Ermənistan arasındakı protokolların ratifikasiya olunması eyni zamanda işə keçilməsi üçün addımlar atılması istənilirdi. Cənab prezident o tədbirə dəvət aldı. 4 dəfə xanım Klintonun zəngi oldu. Ölkə rəhbəri Azərbaycanın milli maraqlarını düşünərək o tədbirə qatılmadı. Bundan sonra görəndə ki, bu proyekt işləmədi, dərhal Azərbaycan əleyhinə kompromat savaşı başlandı və Sizin dediyiniz o Dubay mülkləri, Virciniya və s., məsələlər də onda meydana çıxıb. İndi mən sual edərdim, amma təəssüf ki, C.Həsənlinin yeri boşdur və əmin edirəm ki, siyasi, özünü ən kəskin müxalif sayan qüvvələrin yeri həmişə də elə o cür boş olacaq. Buna cavab versinlər ki, onlar Ermənistanla Türkiyənin arasındakı sərhəddin açılmasında maraqlıdırlar yoxsa yox?! Qaldı bu, həmin o məşhur neftlə guya ki, Azərbaycanın neft sektoru özəlləşəcəkdir, hansısa Amerika şəxsləri bura gəlirlər və bu məsələ ilə bağlı bir cinayət işi qaldırırlar. Bunu on illərdir ki, dövriyyələrdə saxlayırlar. Mən, təəssf edirəm ki, C.Həsənliyə bu kitabı göstərə bilmirəm. Amma Azərbaycan insanlarına göstərirəm. Bu kitabın adı «100 великих авантюристов»-dur. Bu kitabı azərbaycanlılar yazmayıbdır, Azərbaycan hakimiyyəti yazmayıb, bunu rus müəllifi yazıb, burda 100-cü avantyürüst Viktor K.-dir. Həmin Kajeniki həmin o qeyd olunan şəxsin Azərbaycana amerikalıları gətirən və burda özəlləşməkçün nəyisə hansısa vədlər verən şəxsin adından bəhs edir. Ona görə də C.Həsənli bilməlidir ki, əsl ziyalı belə olmaz! Əsl ziyalı Mənim anlamımda bir-iki gündür butulka hadisəsini şişirdib az qala “terror” hadisəsi kimi qələmə verməz. Az qala dövlətin onun üzərinə yeridiyi kimi qələmə verməz. Az qala bütün burdakı namizədlərin ssenarisi kimi qələmə verməz. Hamı gördü ki, burda bir çoxumuz H.Hacıyevin həmin hərəkətini qınadıq. Onun bu hərəkətinə bəraət vermədik. Amma C.Həsənli 2 gündür bu addımının fərqində deyil ki, bunu kimə qarşı yönəldirdi, o, kimlə savaş aparırdı? Dedi, platforma açıqlayacağam. Onun platforması yoxdur. Ümumiyyətlə Milli Şuranın ölkənin gələcəyi ilə bağlı platformaları yoxdur. Mənim anlamımda əsl ziyalı kimdir?! O, ziyalı ki, Azərbaycanın həqiqətlərini tanıyır, bu dövr ərzində dövlətin keçdiyi yolu tanıyır o, Ziyalıdır. Minlərlə, on minlərlə, yüz minlərlə ziyalı Azərbaycan dövlətinin yanındadır. O, ziyalı ki, stabil əqidəyə malikdir, birxəttli əqidəyə malikdir mənim gözümdə odur Ziyalı! 10 il Parlamentdə addım-addım bu dövləti tərifləyib, hakimiyyətin 1 astanasında bəlli səbəbdən növbəti dəfə onu deyəcəm, deputat seçilə bilməyib və nə olub, bundan sonra üzü dönüb, Azərbaycan hakimiyyətini hədəf seçib və hakimiyyətin əleyhinə bu cür savaş aparıb. Mənim anlamımda özünü ziyalı hesab edən Milli Şura adlı bir bərbad qurumu, uğursuz bir qurumu təmsil eləməz. Yalnız ona görə ki, ordakı insanlar bir-birinə zidd olan qüvvələrdir. O, burada bir söz söyləmişdi, Mən də birini deyim : Həmin Milli Şura qüvvələri topuğuna qədər savadsızlığın, dizinə qədər qaragüruhçuluğun, boğazına qədər didişmələrin içərisindədir. C.Həsənli isə başına qədər eyforiyanın içərisindədir. İyirmi gündən sonra azad olacaq o. Dərin bir peşmançılıq bürüyəcək və bundan sonra bu seçkilərin də nəticələrini tanıyacaq. Mən, bir elmi söz söyləməyə məcburam. “Metamorfoz” adlı bir termin var. Bunun sadə xalq dilinə tərcüməsi ikiləşmə, başqalaşma, ikinci insana çevrilmə deməkdir. Mənim anlamımda C.Həsənli hal-hazırda ikinci bir şəxsə çevrilibdir. Biri sadəcə əvvəlki elmi fəaliyyətini davam edən Cəmil Həsənlidir, o, evdə qalıbdır, ikinci isə Əli Kərimin və İsa Qənbərin siyasi libasını, siyasi kostyumunu bura geyinib, gəlib, onların arqumentindən burda çıxış edir. Mənim aləmimdə qəzet məqalələrinə silahlanan namizəd olmaz. Mənim anlamımda xarici qüvvələrin hansısa bir təsiri ilə gəlib, sadəcə kompromat söz söyləyən, güclü bir namizəd sayılmaz. 

Əziz, insanlar!

Tale elə gətirdi ki, Mirzə İbrahimovu 1989-cu ildə gördüm. O söyləyirdi ki, bu “AXCP” üzvləri ekranda çox qəhrəmandırlar. Əlbəttə ki, Sərdar bəyin mövqeyinə hörmətlə yanaşıram. Xalq Cəbhəsinin hansısa bir dönəmdə hansısa bir iştirakına hörmətlə yanaşıram. Amma bu 1 illik dönəm Azərbaycana bol çadırlar, bol çadır şəhərcikləri, dağılmış büdcə, dağılmış ordu qoydu, getdi. Ona görə də qərar verərkən bunları nəzərə alın".

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə