Jurnalist-QHT Koalisiyası ilkin seçki hesabatını açıqladı

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist Təşkilatları-QHT Koalisiyası  “2013-cü il prezident seçkilərinin monitorinqi” layihəsi çərçivəsində 15 DSK üzrə 150  məntəqədə müşahidə aparır.

Saat 13.00-a qədər müşahidəçilərdən daxil olan ilkin məlumatlara görə, seçki məntəqələri qanunvericiliklə nəzərdə tutulan vaxtda, səhər saat 8.00-da açılıb. Səsvermə üçün kabinələr Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada formalaşdırılıb. Seçicilərin anonim şəkildə, fərdi qaydada səsverməsi üçün bütün müvafiq şərait yaradılıb.

Seçki məntəqələrində səsvermənin müşahidəsi, KİV nümayəndələrinin səsverməninin gedişini işıqlandırmaları ilə bağlı hər hansı problem, müdaxilə qeydə alınmayıb.

Səsvermə sakit məcrada, insidentsiz davam edir. Seçici fəallığı yüksəkdir.  Jurnalist Təşkilatları-QHT Koalisiyasının müşahidəçiləri bir sıra texniki xarakterli problemlərdən başqa digər qanun pozuntuları qeydə almayıblar.

Jurnalist Təşkilatları-QHT Koalisiyasının növbəti məlumatları saat 17.00-da və 20.00-da yayılacaq.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə