“Siyasətin tələbi” (BAXIŞ)

Süleyman ÜNAL

Türkiyədə nələr baş verir?

Azərbaycanda, yaxud da dünyanın başqa yerlərində Türkiyə vətəndaşı və ya heç olmasa, bir dəfə belə, Türkiyədə olan qərblilər də daxil olmaqla, demək olar ki, hər kəsin cavab axtardığı bir sual.

Bu sualı illərdir ölkə xaricində yaşayan türkiyəli iş adamı bir dostuma verdim.

O: “Əslində sualın cavabı sadədir”, - dedi. “Necə ki, həyatın özü də sadədir. İnsanlar doğulur və ölürlər. Doğum və ölüm arasında yaşadığımız həyatı öz ağıl və iradəmizlə ya asanlaşdırır, ya da çətinləşdiririk. Öz düşüncələrimizə görə hərəkət etmiş olsaq, sahib olduğumuz nemətlər səbəbilə həyatımızın xoşbəxtlik içərisində keçməsi realdır. Ancaq nəfsimiz və başqalarına qarşı olan həsəd ağlımıza üstün gələrsə, xoşbəxt ola bilmədiyimiz kimi, ətrafımıza da narahatçılıq verərik”.  

Bu sözlərdən sonra Türkiyədə meydana gələn hadisələri kənardan sadə yolla başa düşmək fürsəti dura-dura, Türkiyə mediasını təqib edərək fikirlərimizin qarışdığını düşündüm. Media xəbərlərinə baxanda elə qarışıq və elə dolaşıq işlər görürük ki, hadisələri başa düşmək mümkünsüz hala gəlir. Nəticədə “məlumat kirliliyi”  ifadəsi dedikdə, yəqin ki, bunu nəzərdə tuturlar.

“Türkiyədə nələr baş verir?” sualının cavabının sadə olduğunun izahını verən dostum: “Hesab edirəm ki, sən İstanbulda, Ankarada və 15 ildir Qərb ölkəsində jurnalist fəaliyyəti ilə məşğul olan biri kimi, bu sualın cavabını yaxşı bilməlisən” -dedi.

Mən də ona: “Səndən eşitmək istəyirəm”,- dedim.

“Çünki siyasət bunu tələb edir” dedi və fikrini bu şəkildə davam etdirdi:

“Uzun müddətdir ölkə xaricindən Türkiyədə baş verən hadisələri izləyirəm. Orada yaşadığım günlərdə hadisələr necə cərəyan edirdisə, demək olar ki, bu gün də əsaslı şəkildə dəyişməyib. Yəni siyasi mənfəət və onların ətrafında baş verən dəyişikliklər böyük əksəriyyətlə eynidir. Sadəcə, siyasətdə hallanan adlar və zaman keçdikcə ona verilən reaksiyalar fərqlilik təşkil edə bilir.

Türkiyədə son vaxtlarda rastlanan hadisələrə nəzər salsaq, ölkəni idarə edən Ədalət və İnkişaf Partiyası hökuməti və baş nazir Ərdoğan prokurorlar tərəfindən rüşvət və korrupsiya ittihamı səbəbilə yaranan çətin vəziyyətdən yaxa qurtarmağa çalışdığı üçün bunun xarici ölkələrin müdaxiləsi olduğunu bildirdi. Amerika və Avropa dövlətlərinin müdaxiləsi ilə dövlət adı verməkdən çəkinərək, daxildəki hədəfini mütəmadi olaraq böyütdü. Bir müddət sonra da “Gəzi hadisələrini törədənləri”, müxalifəti və digər hədəfləri də bir kənara qoyaraq, təkbaşına “Könüllülər hərəkatını”(Hizmət) hədəf  lövhəsinə qoydu. Beləliklə, 30 mart seçkiləri qabağı yaşanan rüşvət və korrupsiya iddiaları ilə çətin vəziyyətdə qalacağını düşündüyü iqtidarını xilas etmək üçün hər yola əl atdı. Əslində isə məsələ sadəcə bələdiyyə seçkiləri deyil, eyni zamanda bu il keçirilməsi nəzərdə tutulan prezident seçkilərində gözlənilməz problemlər yaşama ehtimalını düşünməsidir.

Ərdoğan içəridə meydana gələn dəyişiklikləri özündən uzaqlaşdırmaq üçün hədəf olaraq seçdiyi qrupa hər şeyi yükləməkdədir. Əslində bu addımla özünü çıxılmaz bir yola saldı. Zənnimcə, bu günlər arxada qaldıqdan sonra verilən zərərləri ortadan qaldırmaq düşüncəsi ortaya çıxanda, əvvəlki siyasi taktikalar işə yaramaya bilər. Yəni bu vaxta qədər  Ədalət və İnkişaf  Partiyası, xüsusilə də Baş Nazir Ərdoğan ayrı-ayrı vaxtlarda fərqli partiya, qrup və düşüncələrə sahib olan insanlarla polemikalara girsə də, bir müddət sonra onlarla əl verib görüşməyə nail ola bilmişdi. Hətta onun iqtidara gəldiyi gündən etibarən, yaxın vaxtlara qədər PKK ilə yaşadığı qarşıdurma və onlar haqqında söylədiklərinin üstündən uzun illər keçməyib. Koalisiya hökuməti iqtidarda olduğu müddətdə Abdullah Öcalanı asmadıqları üçün hal-hazırda müxalifətdə olan partiyalara seçim meydanlarında söylədikləri ifadələr unudulmayıb. Bu gün isə PKK və Öcalan ilə “sülh görüşmələri” adı altında danışıqlar aparılır. Hətta hər iki tərəf də biri-birinə qarşı  çox diqqətli davranırlar. Qan tökülməməsi üçün  keçirilən bu görüşmələrə hər həs dəstək olur. Bu gün yaranan vəziyyətdə isə, rüşvət və korrupsiya iddiaları səbəbilə  çətin siyasi vəziyyətdə qalan Ərdoğanın, partiyasını xilas etmək üçün bir qrupu hədəf lövhəsinə qoyduğu qənaətinə gəlmək mümkündür. Dilə gətirdiyi iddiaların və geri çəkilməsi çətin məsələdir. Bundan əlavə, siyasətlə məşğul olmaq üçün bu dəfə qarşısındakı insanlar sıravı insanlardır. Sıravi insanlara qarşı atılan hər yanlış addım isə məzlumluq və zərər doğurar”.

Ölkə xaricindən Türkiyədəki hadisələr belə qiymətləndirilir… 

Yazı "Zaman Azərbaycan" qəzetinin 28 yanvar 2014-cü il tarixli sayında dərc edilib.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə