Hərbi hava qüvvələrimizin yaradılmasından 20 il ötür

1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub. Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həmin ilin sentyabrında imzaladığı fərmanla 14 fevral - Azərbaycan Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur.

 

Maraqlıdır ki, müasir dövrdə Azərbaycan ordusunda olan ilk qırıcı təyyarə baş leytenant Vaqif Qurbanovun keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq ölkəmizə gətirdiyi "Su-25"dir.  Bu hadisə 1992-ci ilin aprelin 8-də baş verib.

 

Azərbaycanın ilk hərbi pilotu isə Birinci Dünya Müharibəsində qəhrəmanlığı ilə yadda qalmış Fərrux ağa Qayıbovdur. O, almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

 

                                                                                                                                             168.az


Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə