Seks analitik, sevgi abstrakt düşüncəni gücləndirir (TƏDQİQAT)

Sən demə seks haqqında düşünənlər detallı şəkildə diqqət yetirilməsi vacib sayılan məsələlərin həllində daha böyük nəticələr əldə edə bilirlər. Əgər onlar sevgi barədə fikrə dalsalar, yaradıcılıq sahəsində də uğur qazanırlar. Bu kimi fikirlər təsadüfi təcrübədən, yoxsa hansısa məntiqi əlaqədən xəbər verir?

Psixoloqlar ikinci məqam üzərində dayanırlar. Onların bildirdiklərinə görə, seks analitik düşüncə, sevgi isə abstarksiya ilə əlaqədardır. Belə qənaətə gəlmiş alman alimləri məsələyə bir qədər geniş şəkildə aydınlıq gətirirlər: insanlar seks haqqında olduqca konkret fikrə dalırlar. Buna görə də belələrinə analitik vəzifələri həll etmək çox asandır. Sevgidən isə daha çox abstrakt danışırıq və bu, uzun müddətli perspektivə əsaslanırıq. Nəticədə isə yaradıcılıq güclənir.

Maraqlıdır ki, əvvəlki tədqiqatlarda analitik düşüncə tərzinin dini baxışları zəiflətdiyi deyilirdi. Belə versiya irəli sürülürdü ki, dini dünyagörüşünün zəifləməsində başlıca rolu seks haqqında təsəvvürlər oynayır. Sevgidən fikirləşənlərdə isə əksinə dini hislər güclü olur. Yəqin məhz mövcud səbəbdəndir ki, dini dairələrdə seks neqativ, sevgi isə pozitiv anlamda qəbul olunur.

Alman alimlərinin tədqiqatları insanların informasiyanı iki başlıca metodla nəzərdən keçirdikləri üzərində dayanır. Həmin metodları şərti şəkildə aşağıdakı adlarla xarakterizə etmək mümkündür - meşə və ağac. Tədqiqatçılar dediklərinin isbatı üçün üç mövzuda fikirləşən adamlar qrupu müəyyənləşdiriblər. Qruplardan biri sevgidən, digəri seksdən, üçüncüsü isə hansısa başqa neytral məsələdən düşünüb. Birinci eksperimentdə könüllülərdən sevgi hissi keçirmədikləri gözəl əks cins nümayəndəsi ilə sekslə məşğul olduqlarını təsəvvürə gətirmək xahiş olunub.

İkinci eksperimentdə alimlər sevgi, seks və neytral mövzudakı sözlərin insan beyninə təsirini araşdırıblar. Hər iki halda onlar öncə yaradıcı, daha sonra analitik düşüncənin vəziyyətini öyrəniblər. Müəyyən olunub ki, sevgi özünün bağlılıq duyduğu obyektə münasibətdə daha çox uzunmüddətli təmasa malikdir. Buradan da rəyə gəlinir ki, romantizm hissi vəzifələrin həllinə qlobal yanaşma tələb edir. Seksual istək isə daha konkretdir, spesifikdir və hansısa problemin aradan qaldırılmasında dərhal istifadə olunan metodlara baş vurulmasını zəruriləşdirir. Nəticədə bəşəri aspektlərin qurban verilməsi və ya nəzərə alınmaması mümkünləşir. Yekunda isə belə qənaətə gəlmək olur ki, seks haqqında düşüncə insanı konkret zaman çərçivəsində daha məqsədyönlü hərəkətə çağırır. Sevgi barədə fikirlər isə məntiqi yanaşmanı hədəflədiyindən həddən artıq fantaziyalara əsaslanmış təsir bağışlayır.

Psixoloq Skott MakQril məsələ ilə bağlı bunları deyir: «Tədqiqatın nəticələri sevgi və seks haqqında baxışların dini təsəvvürlərə təsiri barədə götür-qoy etməyimə səbəb oldu. Analitik düşünməyə müsbət təsir göstərən fəaliyyət dinə və Allaha inamı zəiflədir. Bu, çox maraqlı gəldi».

Dini ənənələr ali gücə uzunmüddətli bağlılığın vacibliyini təsdiqləyir. Bağlılıq isə hər bir insana xasdır. Buna görə də seksdən fərqli olaraq, sevgi inamı gücləndirir. Məsələni təsdiqləmək üçün eksperimentlərə və tədqiqatlara ehtiyac duyulur. Məsələn, insanların beyinlərini seks və sevgi ilə bağlı fikirlərlə doldurmağın, sonra isə onların Allaha inam dərəcəsini yoxlamağın vacibliyi önə çəkilir. Ortaya maraqlı dilemma da çıxır: əgər seks haqqında söhbətlər ilahi inamı azaldırsa, bu, əksər dinlərin seksuallığa neqativ yanaşması ilə bağlıdır. Ümumən din insanları təmiz hislərdən, onun təbiətini mənəvilikdən uzaqlaşdıran motivlərdən kənar durmağa çağırır. Təsadüfi deyil ki, xristianlıqda şeytanın ən bariz nümunəsi kimi özünün qeyri-standart ideyaları ilə seçildiyi bildirilən qədim yunan allahı Pan göstərilir.

Digər tərəfdən, sevgi xoş hislər aşılayan təbiətə malikdir. İnsanın özünə yaxın olan birisini özünü sevdiyi qədər sevməsi gözəldir, amma bəşər övladlarının əksəriyyəti əsl reallıqda bundan uzaqdırlar.

Əlbəttə, seksə münasibətdə pozitivliyi ilə seçilən dini və dünyəvi ənənələr mövcuddur. Bəzi mədəniyyətlər insan orqazmını transendental təcrübə kimi dəyərləndirir. Qəribə səslənsə də, bu təlimin təmsilçiləri hesab edirlər ki, orqazm zamanı insan çox qısa müddətə də olsa, ilahi həzz yaşayır. Bu anlamda müəyyən mədəniyyətlərdə seksin hətta dini komponent olduğunu da söyləmək mümkündür.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə