Elə bil, bu gün deyib: Dostoyevski məmurların mahiyyəti barədə (AKTUAL)

Dahi Fyodr Dostoyevski 1876-cı ildə yazdığı «Anlaşılmaz fokuslar» məqaləsində Rusiya məmurlarını xarakterizə etmişdi. Maraqlıdır ki, Dostoyevskinin söylədikləri əslində bu gün üçün də aktualdır. Özü də təkcə Rusiya məmurluğu deyil, elə rus təsirini görmüş Azərbaycan vəzifəliləri üçün də. Elə isə görək, Dostoyevski nə demişdi?

«Hər kəs bilir ki, rus məmuru nə deməkdir. Bu, hansısa mənada məyus adamdır və qıcıq doğurucudur. Hansısa mənada isə yupiter kimi məğrurdur. Ən əsası isə bu cəhət özünü çox adi hallarda göstərir. Məsələn, biri oturub insanlara arayış verir. İnsanlar növbəyə düzülürlər, hər kəs istəyir ki, öz arayışını əldə etsin. Nəhayət, növbə çatır, siz öz istəyinizi məmura deyirsiniz, amma o, eşitmir. Sizə baxmır. Başını arxaya çevirib başqa məmurla söhbətləşir. Ancaq siz gözləməyə hazırsınız. Və budur o, ayağa qalxır və gedir. İş vaxtı bitib. İdarə bağlanır. Ay adam, rədd ol!

Alman məmuru ilə müqayisədə bizim məmur əsl işlə çox az məşğul olur. Onun kobudluğu, diqqətsizliyi, insanalara nifrəti var. Ən əsası, o, sizə sizin ondan asılı olduğunuzu göstərmək istəyir. Demək istəyir ki, siz heç kimsiniz. Sizinlə istədiyi kimi davrana bilər. Əsəbləşdirsəniz, mühafizəçini çağıracaq və sizi bayıra atacaqlar. O, nəyəsə görə kimdənsə qisas almaq niyyətindədir. Bəli, özünün alçaqlığına görə sizdən qisas almağa çalışır».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə