Çexov elə bil, bu gün üçün deyib: «…alanlar cəmiyyətin gözündə düzgündürlər» (AKTUAL)

Dahi rus yazıçısı Anton Çexovun 1888-ci ildə qələmə aldığı «Bizim yoxsulluğumuz» məqaləsindən:

«Bizə verdiklərindən çox, bizdən alır və istəyirlər. Çox az adam sevməyi və verməyi bacarır. Rus insanı, məsələn, verəndə və təklif edəndə dəhşətli dərəcədə utancaqdır, istəməyi və almağı çox sevir. Bunu hətta vərdişə və köklü xüsusiyyətə də çevirib. Mövcud xüsusiyyət cəmiyyətin bütün təbəqələrinə eyni dərəcədə aiddir. Küçə dilənçilərindən tutmuş, varlılaradək. Aşığı təbəqələrdə əsrlər ərzində yalvarışa və yoxsulluğa ehtiras tərbiyə olunub. Orta və yuxarı sinif üçünsə hər cür borclar, endirimlər, imtiyaz, kömək gözləmək və rüşvət xarakterikdir.

Ofisiant ona əlavə ödənc etməyənə nifrətlə yanaşır. Dramaturq çox sakit, heç bir vicdani hiss keçirmədən başqalarının əsərlərini tamaşaya qoyur, qatardakı hər on sərnişindən biri pulsuz gedir. Dəmir yolunda və bankda işləyən və əmək haqlarını öz ağıllarına görə qazanan on əxlaqlı adam tapa bilərsiniz. Heç bir məmur köməkdən imtina etmir və hər bir həkim təsdiqləyə bilər ki, məzuniyyətlər və köməklər barədə olan tibbi arayışların yarıdan çoxu heç də vicdanlı şəkildə verilmir.

Oğurlamaq əxlaqsızlıqdır, ancaq almaq olar və alanlar cəmiyyətin gözündə düzgündürlər. Alan adam fayton sürən və ofisiant deyilsə, bütün borcların, güzəştlərin, endirimlərin, imtiyazların heç də günahsız olmadığını düşünmək və anlamaq asandır. Bütün bu məqamların arxasında ədalətsizlik, başqalarının vicdanına qarşı zorakılıq, başqalarının hisslərini istismar və cinayətkarlıq gizlənir.

Ən pisi isə budur ki, rus insanının beyninə hakim kəsilmiş başqasının mülkiyyətinə qarşı bədii özbaşınalıq və layiq olmadığını əldə etmək hərisliyi başqasının əməyini qiymətləndirməmək kimi pis vərdişə yol açıb. Əksər hallarda isə cəmiyyət adət edib ki, kəndlilərin ac yaşamaları, müəllimlərin ağır zəhmətə rəğmən qəpik-quruş almaları və kasıb ömür sürmələri, şəhər xəstəxanalarında düz əməlli dolana bilməyən çoxlu sayda gənc həkimlərin işləmələri barədə düşünməsin».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə