«SSRİ-də seks yoxdur»dan Rusiyanın "seks industriyası"nadək (MÜQAYİSƏ)

Ötən əsrin 80-ci illərinin ortalarında SSRİ ilə Avropanı «dəmir divarların» ayırdığı bir vaxtda Leninqradla (indiki Sankt-Peterburq) ABŞ-ın Boston şəhəri arasındakı Sovet-Amerika telekörpüsünün «Qadınlar qadınlarla danışır» mövzusundakı diskussiyasında Sovet İttifaqını təmsil edən Sovet Qadınları Komitəsi adlı qurumun nümayəndəsi Lyudmila İvanova olduqca qəribə fikir səsləndirmişdi. Fikir isə Amerikadan olan iştirakçının striptizə işarə edən sualına cavab olaraq irəli sürülmüşdü. Birləşmiş Ştatların nümayəndəsi SSRİ-də ABŞ-dakı kimi seks ətrafında fırlanan reklamların olub-olmadığını öyrənmək istəmişdi. Təbii, məsələni özü bilərəkdən belə demək mümkünsə, çəpəki qoymuşdu. Görünür, cavabın gülməli alınacağını təxmin etmişdi. Cavab isə həqiqətən də gülməli olmuşdu. L.İvanova bildirmişdi ki, «SSRİ-də seks yoxdur».

Bu telekörpüdən bir neçə il sonra SSRİ dağıldı və onun varisi sayılan Rusiyada seksual inqilab başladı. Almaniyanın nüfuzlu «Der Spiegel» nəşri həmin dövr barədə danışmaq üçün o zamanın hadisələrini fotoaparatı ilə lentə almış Yevgeniya Kondakovdan fikirlərini bölüşməyi xahiş edib.

Kondakov bildirib ki, kommunistlər seks məsələsində həqiqətən də problem yaşayırdılar. Onun sözlərinə görə, insanlar cinsi ehtiraslı idilər, ancaq bu barədə danışmağı xoşlamırdılar. O zaman hər şey qadağan idi. Nigahı olmayan kişi və qadını hoteldə bir otaqda yerləşdirmirdilər. «Playboy» jurnalını almaq mümkünsüz idi. İtaliya rejissoru Tinto Brassın erotik filmlərinə baxmağa görə isə həbsxanaya düşmək olardı: «Bu günlərdə İranda oldum. Orada da eyni vəziyyətdir».

Kondakov onu da bildirir ki, sovet insanının həyat şəraiti də seksual həyat keçirməyə imkan vermirdi. İnsanların əksəriyyəti bir neçə ailənin eyni mənzildə yaşadıqları «kommunalka»larda məskunlaşmışdılar.

1990-cı illərin əvvəllərində isə Moskvada erotik ədəbiyyat satışına başlanıldı. Olduqca pis kağızda çap olunmuş və seksin müxtəlif pozalarının əks olunduğu kitablar isti peraşki kimi satılırdı. Elə o zaman ilk rus erotik jurnalı olan «Andrey» meydana çıxdı.

Kondakovun fikrincə, Rusiyadakı və Qərbdəki seksual inqilabın başlıca fərqi ondan ibarətdir ki, ikincidə proses iqtisadi artımın insanların həyat şəraitini yaxşılaşdırmasıyla birlikdə baş vermişdi. Rusiyada isə əksi yaşanmışdı. İnsanlar bilmirdilər ki, ailələrini necə dolandırsınlar, bir andaca bütün var-dövlətlərini itirir və müflisləşirdilər. Və belə bir durum seksin yalnız kommersiyalaşmasına səbəb oldu. «Fahişəlik sovet dövründə də var idi. Ancaq yalnız partiya elitası üçün. Ölkə dağıldıqdan sonra isə birdən-birə hər yerdə fahişəlik geniş vüsət aldı. Fahişələr parlamentin, hətta «KQB»nin (keçmiş Sovet Dövlət Təhlükəsizlik Komitəsi) binasının qarşısında dayanırdılar. Striptizə isə Moskvada hər yerdə rast gəlinirdi. Yarı çılpaq qadınlar «Metropol» kimi o dövrün kübar mehmanxanasının da ətrafında rəqs edirdilər», - deyən Kondakov fikrini tamamlayır. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə