Qaqarinin ölüm səbəbini alt-üst edən iddia səsləndi

 

Keçmiş SSRİ kosmonavtı Aleksey Leonov Sovet İttifaqının ilk kosmonavtı Yuri Qaqarinin ölümü ilə bağlı danışıb. Onun bu söhbətindən sonra Qaqarinin ölümünə dair səslənmiş versiyalar əslində mahiyyətini itirir. Çünki Leonov məşhur kosmonavtın MiQ-15UTİ təyyarəsi ilə sınaq uçuşu edərkən həlak olduğunu vurğulayıb. Bildirib ki, Qaqarinin idarə etdiyi təyyarə göydə Su-15 təyyarəsi ilə toqquşma anı yaşayıb. Bundan qurtulmaq üçün cəhd göstərsə də, yerə dəyərək məhv olub.

Qeyd edək ki, hazırda 80 yaşı olan və ağır xəstə hala malik Leonov söylədiyi məsələ barədə danışmağa ona yalnız indi icazə verildiyini bildirib. Ancaq Leonov faciəli hadisədə kimin günahkar olduğunu söyləməyib, bu sirri açmağa icazənin verilmədiyini diqqətə çatdırıb.

Onu da deyək ki, indiyədək səslənmiş bir çox iddialarda Qaqarinin ölümündə yalnız onun özünün günahkar olduğu önə çəkilirdi. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə