Roma papası həyəcan təbili çalır: Vatikanda gey lobbisi var

 

Roma papası I Fransisk Latın Amerikası və Siciliyadakı dini yığıncaqlar gedişində yepiskoplar içərisində gey lobbisinin mövcudluğu məsələsini müzakirə edib. Bu barədə məlumatı nüfuzlu «La Republica» qəzeti yayıb. Qəzetin materialında bildirilir ki, Vatikanda gey lobbisi barədə artıq çoxdan danışılır. Keçmiş papa XVI Benedikt məhz bu lobbi ilə bağlı araşdırma aparmağı üç kardinala tapşırmışdı. Ancaq bu müddət ərzində həmin kardinallar özlərinin işləri barədə heç nə danışmırdılar: «Fransisk artıq çoxdan bu məsələ ilə tanışdır. Deyilənə görə, o, çox məyus olub. Geliyə meyl göstərilməsini dağıdıcı amil sayıb. Məlum olub ki, geylər 8 illik hakimiyyəti dövründə Papa Ratsingerə, yəni XVI Benediktə qarşı gizli şəkildə işlər aparıblar. Qruplaşmanın müəyyən qismi rahib-homoseksualistlərdən ibarət olub. Onların ən yüksək postlara təyin edilməsi məsələsi də gündəmə gəlib».

Qeyd edək ki, Vatikanda mavilərin lobbisi barədə hələ 1990-cı illərdə məlumatlar gəzirdi. Bu barədə hətta «Vatikanda küləklə sovrulanlar» kitabında da söhbət açılıb. Papa I Fransisk isə Latın Amerikasında dini xadimlərlə görüşü zamanı daxildə «müqəddəs adamlar» var. Ancaq onlarla bərabər korrupsiyalaşmış cərəyanlar da var. Buna görə də yaxın aylarda papa islahatlar aparmağı düşünür.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə