Qocalmanı gecikdirən qidalar (MARAQLI)

 

Qocalmanı gecikdirən 13 qida və onların faydalarını sizə təqdim edirik:
 
Brokoli: Toksinlərin meydana gəlməsinə mane olur. Hüceyrələrin zədələnməsinin qarşısını alır. Xərçəngə qarşı qoruyucu vasitədir.
 
Portağal: Damar tıxanıqlığının qarşısını alır. Orqanizmin müqavimətini artırır. 
 
Vələmir: Qanda xolestrinin miqdarını aşağı salır. Həzm prosesini sürətləndirir. 
 
Qızıl balıq: Bir porsiya qızıl balığın tərkibində 19 qram zülal və bol miqdarda Omeqa-3 var. Omeqa-3 infarkt riskini azaldır, qan təzyiqini tənzimləyir. 
 
Pomidor: Antioksidant xüsusiyyətlərə malikdir. Xərçəng və infarkt riskini azaldır. 
 
Yaşıl noxud: Tərkibi zülal, lif və nişasta ilə zəngindir. Əzələlərin inkişafına kömək edir. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərə çox faydalıdır.  
 
Qoz: Xolestrini salan qoz, damar tıxanıqlığının qarşısını alır. Şəkər xəstəliyinin müalicəsində kömək olur. Tərkibindəki dəmirin sayəsində qan azlığında faydalıdır. 
 
Böyürtkən: Yaşlılıqla bağlı yaddaş zəifliyinin qarşısını alır. Böyürtkən gözəllik mənbəyi hesab olunur. 
 
Qatıq: İmmuniteti gücləndirir.Vərəmə arşı təbii antibiotik təsiri göstərir. Stressdən, spirtli, kola kimi içkilərdən zərər görən həzm sistemini qoruyur.
 
Balqabaq: Bir kiçik boşqab balqabaq, gündəlik beta-karotin ehtiyacının 25 faizini, C vitamini ehtiyacının isə 10 faizini ödəyir. Beta-karotin orqanizmi xərçəngdən qoruyur.
 
Soya paxlası: 453 qramlıq soya ununda 31 yumurtanın, 6 böyük şüşə südün ehtiva etdiyi qədər zülal var.
 
İspanaq: Tərkibində katarakta və digər göz təbəqələrinin pozulmasına qarşı lutein maddəsi var. 
 
Çay: Gündə 2 stəkan çayla 4 alma, 5 soğan, 7 portağal yedikdə qəbul etdiyiniz qədər antioksidant almış olursunuz. 
Leyla

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə