Su ilə bağlı yeddi möcüzə

 

1. Su ilə incə olun

Artıq çəkidən qurtulmaq istəyirsiniz? Su maddələr mübadiləsini  canlandırır və  qarnınızı tox hiss etdirir.

Kalorili içkilərin əvəzinə su için. Yeməkdən əvvəl bir stəkan su qəbul etmək insanda toxluq hissi yaradır. 

Daha çox su içmək maddələr mübadiləsini sürətləndirir, xüsusilə də, buz kimi soyuq su. Orqanizminiz suyu isitmək məcburiyyətində qalaraq, normadan bir az çox kalori yandırır.

2. Su enerjinizi artırır

Özünüzü suzumuş və enerjinizin zəif olduğunu hiss edirsinizsə, o zaman bir stəkan su için. Susuzluq özünüzü yorğun hiss etmənizə səbəb olur.

Su qanın hüceyrələrinizə oksigen və digər vacib maddələri daşımasına kömək edir.

Kifayət qədər su qəbul edilirsə, ürək də qanı orqanizmdə dövr etdirmək üçün çox ağır işləmək məcburiyyətində qalmır.

3. Stressi su ilə azaldın

Beyin toxumasının 85 % -i sudan ibarətdir. Orqanizmdə su azalıbsa, insan stress vəziyyətinə düşə bilər. 

Stressdən çıxmaq istəyirsinizsə, masanızın üstündə bir stəkan suyu  hazır saxlayın və hara getsəniz həmişə yanınızda kiçik bir şüşədə su olsun.

4. Əzələlərinizi su ilə gücləndirin

Su içmək əzələ spazmlarının qarşısını alır və oynaqları sürüşkənləşdirir.

Orqanizmdə kifayət qədər su varsa, daha uzun müddət və daha güclü şəkildə məşq etmək olar. 

5.Dərinizi su ilə qidalandırın 

Bədəndə suyun miqdarı azalarsa,dəridə incə cizgilər və qırışlar artar. Su təbiətin bəxş etdiyi gözəllik kremidir. 

Su içmək dəri hüceyrələrini doldurur və üz daha gənc görünür. 

Su, həmçinin,  kir maddələrini yuyur, qan axınını, dövranını yaxşılaşdırır və üzünüzün, dəqiq, aydın və parlaq görünməsini təmin edir.

6. Həzm sistemini su ilə tənzimləyin

Həzm siseminin yaxşı olmağı üçün lifdən başqa, su da vacibdir. 

Su artıq hissəciklərin həll olmasına və onların bağırsaqlardan asan keçməsinə kömək edir. 

Bədəndə  kifayət qədər su olmadıqda, bağırsaqlar quruyur və nəcisin bağırsaqlardan keçməsini çətinləşdirir. 

7. Su böyrək daşlarını azaldır

İnsanlar kifayət qədər su içmədikləri üçün böyrək daşlarının əmələ gəlmə halları çoxalıb.

Su sidikdə kristalın meydana gəlməsinə səbəb olan qum və mineralları əridir.

Kifayət qədər su olan sidikdə böyrək daşı olmaz. Ona görə, də çoxlu su içib bu riski azaldın.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə