Hollivid Hitler ordusunun silahlanmasını maliyyələşdirirmiş (İDDİA)

 

Amerika tarixçisi Ben Urvand bildirir ki, 1930-cu illərdə Hollivud kinostudiyaları Almaniyanın Adolf Hitler rejimi ilə sıx əməkdaşlıq edirdilər. Bu barədə o, «Kollaborasionizm: Hitlerlə Hollivud paktı» kitabında yazır.

Hollivudun özünün maraqları naminə nasistlərlə işbirliyinin olmasına dair əvvəllər də müəyyən fikirlər var idi. Ancaq Urvand bunu insanlıq ölçüsü baxımdan dəyərləndirir və bildirir ki, əməkdaşlıq zamanı Hitlerə həm tarixi şəxsiyyət, həm də adi həyat normaları olan insan kimi yanaşılıb. Xüsusən də «20th-Century Fox» studiyası Amerika filmlərinə çağırış verirmiş və sonda «Heil Hitler» ifadəsilə səslənirmir.

Urvandın başlıca iradı isə Hollivud studiyalarının hər hansı müqavimət göstərmədən nasistlərin senzura sahəsindəki tələblərini yerinə yetirməsiylə bağlıdır. Onun dediyinə görə, studiyalar nasionol-sosialist təbliğatına yönələn materiallar da verirlərmiş. Hətta bir dəfə almanların silahlanmasına da maliyyə yardımı göstəriblər.

Tarixçi onu da bildirir ki, almanların təsiri ilə Hollivudun ən azı 20 əsəri ekranlara çıxmaq şansını itirib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə