«Mona Liza»nın qalıqları tapılmaq üzrədir (MARAQLI)

Bolonya Universitetinin tədqiqatçıları Florensiyadakı Müqəddəs Ursula monastırının qazıntıları zamanı aşkarladıqları 8 insan qalığını nəzərdən keçiriblər. Həmin qalıqlardan üçü bilavasitə Leonardo da Vinçinin məşhur «Mona Liza» əsərindəki model Liza Gerardininin yaşına uyğun gəlir. Bu barədə məlumat nüfuzlu «La Republica» nəşrinin saytında yer alıb. Tədqiqatın məqsədi də Liza Gerardininin qalıqlarını tapmaqdır.

İşin ilk mərhələsində alimlər belə nəticəyə gəliblər ki, tapılmış 8 insan qalığından yeddisi qadın cinsinə məxsus şəxsə aiddir. Onların yaşına gəlincə, hər birininki 30-dan yuxarı olub. Eyni zamanda müəyyənləşib ki, qadınların hər biri Liza Gerardini kimi kifayət qədər yaşlı vaxtlarında dünyalarını dəyişiblər. Əgər əldə edilmiş nəticələr növbəti mərhələdə də təsdiqini tapsa və Liza Gerardininin göstəriciləri ilə üst-üstə düşsə, o zaman ən sonuncu mərhələ DNK analizi olacaq.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə