"Jurnalistlərin dostu"ndan xəbər var

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi «Jurnalistlərin dostu» mükafatı laureatının müəyyənləşdirilməsi istiqamətindəki işlərini davam etdirir. Bunun üçün müvafiq anketlər hazırlanıb və onların aidiyyatı üzrə paylanması təmin edilib.

Tanınmış qəzetlərə, jurnallara, informasiya agentliklərinə, internet media resurslarına, jurnalist təşkilatlarına, televiziya və radiolara ümumilikdə 100-dən artıq anket paylanıb və onlardan 80 faizinə cavab alınıb. Yaxın günlərdə prosesi tamamilə yekunlaşdırmaq və cavabları qruplaşdırmaq nəzərdə tutulur.

Qeyd edək ki, «Jurnalistlərin dostu» mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə söz və mətbuat azadlığı prinsiplərini müdafiə edən vəzifəli şəxslərə, ictimai və siyasi xadimlərə verilir. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə