Jurnalist-QHT Koalisiyası etiraz edir

 

"Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatının prezidenti Devid Kremer Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı Avropa Birliyinə müraciət edib. SİA-nın məlumatına görə, bununla əlaqədar Jurnalist-QHT Koalisiyası bəyanat verib. Bəyanatda bildirilir ki, "Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatının prezidenti cənab Kremer heç bir ciddi fakt və dəlillərə söykənmədən, 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə bağlı böhtan və yalanlarla beyəlxalq ictimaiyyətdə və beynəlxalq təşkilatlarda reallıqdan uzaq, həqiqəti əks etdirməyən rəy yaratmağa çalışır. "Freedom House"un rəhbəri öz müraciətində qərəzli mövqedən çıxış edərək, seçki prosesi ilə bağlı çoxsaylı beynəlxalq müşahidə missiyalarının, beynəlxalq təşkilatların müsbət rəylərini nəzərə almadan 9 oktyabr prezident seçkilərini yalnız neqativ tərəfdən təqdim etməyə çalışır.

Cənab Kremer öz müraciətində qeyd edir ki, "Azərbaycanda keçirilən prezident seçkilərində ifadə və toplaşma azadlıqlarının ciddi şəkildə məhdudlaşdırılması, qutulara bülletenlərin top-topa doldurulması seçki prosesinə etimadı açıq şəkildə sarsıdıb”. Bu fikri irəli sürərkən "Freedom House" rəhbəri real mənzərini və faktalrı inkar edir. "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq paytaxt və bölgələrdə kütləvi aksiyalrın keçirilməsi üçün müvafiq yerlər ayrılıb.

18 avqust 2013-cü il tarixdə müxalifət partiyalarının koalisiyası sayılan Demokrtaik Qüvvələrin Milli Şurası Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin stadionunda mitinq keçirib. Mitinq dinc şəraitdə və insidentsiz başa çatıb. Mitinq “Azadlıq” radiosunun veb səhfisəindən canlı yayılıb.

"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa və Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq sentyabrın 16-dan başlayan təbliğat-təşviqat kampaniyası dövründə Bakı şəhərinin rayonlarında və digər şəhər və rayonlarda iki yer ayrılıb. Yerlərdən biri açıq havada kütləvi tədbirlər üçün müəyyən olunmuş meydan, digəri isə zaldır. Ümumilikdə 152 belə yer ayrılıb. Rəsmi dövlət qəzeti olan “Azərbaycan” hər bir rayon və şəhər üçün ayrılmış yerlərin siyahısını əvvəlcədən dərc edib. Bu yerlərin bir neçəsi istisna olmaqla Demokrtaik Qüvvələrin Milli Şurasının və seçkidə iştirak edən digər siyası partiyalar və namizədlərin ciddi iradları olmayıb.

Demokrtaik Qüvvələrin Milli Şurası təbliğat-təşviqat kampaniyası dövründə Bakı şəhərində 3 mitinq, bölgələrdə isə 5 görüş-mitinq keçirib. Bakıda Milli Şuranın gənclərlə görüşü təşkil olunub. Ümumilikdə, təbliğat-təşviqat kampaniyası dövründə hər bir gundən bir namizədlərin mitinqləri, yaxud seçicilərlə görüşləri keçirilib.

Vətəndaş cəmiyyəti institutlarına Bakı və bölgələrdə seçiki maarifçiliyi ilə bağlı görüşlərin, tədbirlərin təşkilinə heç bir maneə yaradılmayıb. Jurnalist-QHT Koalisiyası 5 rayonda seçicilərlə görüşlər keçirib. Həmçinin digər QHT-lər bu istiqamətdə heç bir əngəllə üzləşməyiblər.

Jurnalist-QHT Koalisiyası təbliğat-təşviqat kampaniyası dövründə 17 gündəlik qəzetin (“Yeni Azərbaycan”, “Azərbaycan”, “Xalq”, “Ekspress”, “Zerkalo”, “Şərq”, “Bakı-xəbər”, “Səs”, “Ədalət”, “Exo”, “Xalq cəbhəsi”, “Olaylar”, “Palitra”, “Mövqe”, “Bizim yol”, “Azadlıq”, “Yeni Müsavat”) və 11 populyar xəbər portal və saytlarının (“www.modern.az, wwww.qafqazinfo.az, www.sia.az, www. meidaforum.az, www.lent.az, www.vesti.az, www.1news.az, www.azadinforum.az, www.aznews.az, www.contact.az, www.haqqin.az) monitorinqini aparıb.

Monitorinq zamanı KİV-in, jurnalistlərin sərbəst fəaliyyətinə, prezident seçkiləri ilə bağlı proseslərin işıqlandırılması, informasiyaya çıxış imkanları ilə bağlı hansısa məhdudulaşdırıcı, yaxud söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə biləcək kənar müdaxilələr qeydə alınmayıb. Prezident seçkiləri ilə bağlı internet medianın xüsusi fəallığı nəzərə çarpır. Seçicilərlə görüşlər zamanı onların, xüsusən iri şəhərlərdə informasiya mənbəyi kimi daha çox internet media və sosial şəbəkələrə üstünlük verdikləri məlum olub. Tənqidçi mövqeyi ilə seçilən internet media və qəzetlərin seçkilərlə bağlı informasiya əldə etmək, sərbəst yaymaq, polemika və müzakirələr təşkil etməklə bağlı fəaliyyətini məhdudlaşdıran heç bir fakt qeydə alınmayıb.

Sosial şəbəkələrdən istifadə, sosial şəbəkələrə giriş, öz fikirlərini sərbəst ifadə etmək, müzakirə və polemikalara qatılmaq, onlayn-sorğularda iştirak etməklə bağlı söz və ifadə azadlığına xələl gərirə biləcək təşəbbüs və faktlar müşahidə olunmayıb.

KİV-in namizədlərin mitinqlərini, görüşlərini işıqlanıdrması, bunalarla bağlı sərbəst şəkildə xəbər yayması, müzakirələr, polemikalar açmasına heç bir maneə, yaxud müdaxilə qeydə alınmayıb.

Seçki adminstrasiyası və dövlət orqanları tərəfindən seçkilər, siyası partiyaların fəaliyyəti, namizədlər və onların seçki qərargahlarının fəaliyyəti ilə bağlı məlumatlar alınması, sərbədt yayılması ilə bağlı hər hansı müdaxilə və təzyiq faktları aşkarlanmayıb.

Həmçinin əvvəlki illərlə müqayisədə “qara piar” elementləri demək olar ki, olmamışdır.

Monitorinqin nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Namizədlərin televiziyada debatları üçün qanunvericiliyə uyğun olaraq İctimai Televiziyada və radioda ödənişsiz efir vaxti ayırlıb. Namizədlər sərbəst şəkildə öz fikirlərini açıqlayıblar.

9 oktyabr prezident seçkilərində seçici fəallığı kifayət qədər yüksək olub. Bu fakt bütün beynəlxalq müşahidə missiyaları tərəfindən xüsusilə vurğulanıb. Seçici fəalllığı isə cənab Kremerin iddia etdiyi kimi “bülletenlərin topa-topa qutulara atılması” hallarının kütləviliyini istisna edir. Bununla bağlı bir neçə halı bütün seçkiyə şamil etmək sırf subyektiv yanaşmadı.

Seçkini Avropa Parlamentindən, Avropa Şurasından, MDB-dən, İslam Əməkdaşlıq Təşkilatından və ayrı-ayrı beynəlxalq təsisatlardan çoxsaylı müşahidəçilər missiyası izləyib. Onların hamısı seçkilərin şəffaf, ədalətli və tam demokratik şəraitdə keçirilməsi ilə bağlı müsbət rəy veriblər.

Azərbaycanda dövlət qeydiyyatından keçmiş 55 siyasi partiyadan 8-nin sədri prezidentliyə namizəd kimi qeydə alınıb. Bu isə dövlət qeydiyyatına alınmış partiyaların 14.54 faizi deməkdir. Ümumilikdə, dövlət qeydiyyatında keçmiş partiyaların 50 faizdən çoxunun bu və ya digər formada (namizəd irəli sürülməsi, seçki koalisiyalarında təmsil olunmaq) seçki marafonunda fəal iştirakı qeydə alınıb. Ümumilikdə, 11 partiya və bir siyasi partiyalar koalisiyası namizəd irəli sürüb. Bütün bu faktlar və seçici fəallığının yüksək olması seçkilərə böyük ictimai etimadın sübutu kimi vurğulana bilər.

Jurnalist-QHT Koalisiyası paytaxt və bölgələrdə 150 müşahidəçi ilə 19 dairədə müşahidə aparıb. Müşahidə aparılan seçki məntəqələrində seçki məntəqələrinin açılması, səsverməninin gizliliyinin təmin olunması, səsvermənin müşahidəsi, səslərin sayılması ilə bağlı ciddi qanun pozuntuları qeydə alınmayıb. Müşahidə olunan nöqsanlarla bağlı səsvermə günü 3 dəfə məlumat yayılıb.

Cənab Kremerin istinad etdiyi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçilərinin yalnız birtərəfli mövqedən çıxış etməsi, seçki prosesinin neqativ fonda təqdim edilməsi üçün subyektiv fikirləri əsas götürməsi, digər beynəlxalq müşahidə missiyalarının rəylərini nəzərə almaması diqqət çəkib. Təsadüfi deyil ki, ATƏT-in qısamüddətli müşahidə missiyası bu fikirləri bölüşmədiyini bəyan edib.

Bütün bu sadlanan faktlar və mülahizələr sübut edir ki, "Freedom House"un əsil niyyəti Azərbaycanda demokratiyanın inkişafı, demokratik dəylərləin daha geniş təşəkkül tapmasına, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğuna töhfə vermək deyil, Azərbaycanı bütün mümkün vasitələrlə təzyiq alıtında saxlamaq, neqativ imic yaratmaqdır. Bu, bütünlükdə yalnız "Freedom House"un deyil, qlobal miqyasda fəaliyyət göstərən insan hüquqlarının müdafiəsi təşkilatlarının fəaliyyətinə kölgə salır, onlara qarşı etimadı zəiflədir.

sia.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə