Yəhudilərə qarşı soyqırımı təşkilatçısı yəhudi qəbiristanlığında basdırılıb

 

Yəhudilərə qarşı kütləvi qırğınların başlıca təşəbbüskarlarından sayılan, faşist Almaniyası gizli polisinin - gestaponun rəhbəri Henrix Müller 1945-ci ildə Berlindəki yəhudi qəbiristanlığında basdırılıb. Bu barədə məlumatı Almaniyanın məşhur «Bild» qəzeti Almanların Nasizmə Müqaviməti Meomorial Mərkəzinin direktoru, professor Yohannes Tuhelə istinadən yayıb. 

Tuhel bildirib ki, sözügedən məlumatın doğruluğunu çoxsaylı arxiv materialları da təsdiqləyir. Tarixçi alimin sözlərinə görə, hələ 1945-ci ildə bu barədə bilgi olub. Müllerin cəsədini axtaranlar tərəfindən aparılmış identifikasiya işləri cəsədin məhz Gestapo şefinə məxsusluğunu təsdiqləyib.

Bu arada Almaniyanın Mərkəzi Yəhudi Şurasının sədri Diter Qrauman «Üçüncü reyx»in ən qorxunc simalarından sayılan şəxsin yəhudi qəbiristanlığında basdırılmasını dəhşətli fakt adlandırıb. Onun fikrincə, belə bir hadisənin baş verməsi soyqırımı qurbanlarının xatirəsinə hörmətsizlikdir.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə