«Buranovskie babuşki»lərdən biri vəfat etdi

Bakıda keçirilən «Eurovision 2012» müsaiqəsində ikincilik qazanan Rusiyanın «Buranovskie babuşki» qrupunun ifaçılarından biri olan Yelizaveta Zarbatova dünyasını dəyişib. Bu barədə məlumatı «Rossiyskaya qazeta» yayıb.

Qəzetin bildirdiyinə görə, Zarbatova yanvarın 13-də Urdmurdiyada doğma kəndində ömrünün 87-ci ilində vəfat edib. O, məşhur musiqi kollektivinin ən yaşlı üzvlərindən olub.

Qeyd edək ki, «Buranovskie babuşki» 40 ildir, fəaliyyət göstərir. Urdmurd və rus dilində folklor nümnələri ifadə edən qrup «Eurovision 2012»də «Party for Everybody» mahnısı ilə fərqlənib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə