MŞ və Dövlət İdarəçilik Akademiyası «Davamlı insan inkişafı» istiqaməti üzrə kurslar keçirir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Mətbuat Şurası «Davamlı insan inkişafı» istiqaməti üzrə kurslara start verib.

Kurslarda «Media və dövlətçlik», «İnsan inkişafı konsepsiyası - inkişafın yeni paradiqması kimi», «Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlət siyasətinin KİV-də işıqlandırılması», «Davamlı insan inkişafında elm gbstəriciləri», «Təhsilin inkişafında KİV-in rolu», «Qloaballaşma və KİV», «Media və onun özünütənzimləmə mexanizmləri» və sair mövzularda müxtəlif sahələrlə bağlı tanınmış mütəxəssislərin məruzələri dinləniləcək.

Qeyd edək ki, ölkənin aparıcı kütləvi informasiya vasitələrindən nümayəndələrin qatıldıqları kurslar aprel ayının 28-dən may ayının 2-dək keçiriləcək və sonda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə