Tarixi abidələrimizi öyrədərək öyrəndilər

Gənclər təşkilatı AzGF-nin dəstəyi ilə reallaşdırdığı layihəyə yekun vurdu

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə 01 fevral – 01 may 2015-ci il tarixlərdə “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qazax rayonunda “Tarixi abidələrimizdə yaşayan tariximiz” adlı layihə icra edilmişdir. Layihə çərçivəsində Qazax rayonunda yerləşən tarixi abidələr və onlar haqda məlumatları özündə əks etdirən kitabçaların nəşri həyata keçirilmişdir.

Layihənin icra müddəti ərzində təşkilat tərəfindən 4 təqdimat mərasimi keçirilmişdir. Təqdimatlar 02.04.2015-ci il tarixdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində, 09.04.2015-ci il tarixdə Qazax şəhər 1 nömrəli orta məktəbdə, 16.04.2015-ci il tarixdə Qazax rayon Mədəniyyət Evində və nəhayət, 23.04.2015-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında baş tutmuşdur. Təqdimatlarda ümumilikdə 200 nəfərdən artıq insan iştirak etmişdir. İştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitabçalar və köynəklər paylanılmışdır.

Tədbirlərin keçirilməsində Qazax rayon İcra Hakimiyyəti və Qazax rayon Gənclər və İdman İdarəsi yaxından köməklik göstərmişlər.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə