Dərd ürək tutması riskini bir neçə dəfə artırır

Məlum olduğu kimi, stress ürək tutmalarına zəmin yaradır. Lakin indi alimlər hesablayıblar ki, yaxın adamın itirilməsi bu riski dərhal 21 dəfə artırır. Trend-in məlumatına görə, bu barədə BBC "Circulation" jurnalına istinadən xəbər verir.Riskin belə yüksək səviyyəsi faciədən sonrakı ilk gün ərzində qalır. Daha sonra bu göstərici tədricən azalır, lakin buna baxmayaraq, bütün həftə ərzində altı dəfə normadan artıq səviyyədə olur. Nəticə 2 minə yaxın adamın üzərində aparılan tədqiqat zamanı əldə olunub.Təhlükədən xəbər verən simptomlar sırasına sinədə ağrılar və boğulma daxildir. Ekspertlərin sözlərinə görə, simptomlara ürəyin əlavə yüklənməsi yol açır. Həmçinin psixoloji stress ürək döyünməsinin sürətlənməsi, təzyiqin artması, trombların yaranması, yuxunun pozulması və iştahanın itməsi ilə bağlıdır.Tədqiqatın rəhbəri, Harvard Universiteti yanında Tibb Mərkəzinin əməkdaşı doktor Mürrey Mittlmenin sözlərinə görə, hətta ən dərdli anlarda da sağlamlığın qayğısına qalmaq lazımdır. Bunu ürək tutması keçirən 1985 pasiyent üzərində müşahidə sübut edib.Alimlər müəyyən ediblər ki, pasiyentlərin 13,6 faizi ürək tutmasınadək 6 ay ərzində onlar üçün əziz olan insanı itiriblər. Bu risk psixoloji sarsıntıdan sonrakı birinci gündə kəskin artır. Yalnız altı gün keçdikdən sonra o tədricən sıfıra enməyə başlayır. Ürək-damar xəstəlikləri olan adamlar itkiyə daha dözümsüz olurlar.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə