Ginnesin Rekordlar Kitabının rekordçusu Azərbaycana gələcək

 

İyun ayının 25-dən iyulun 19-dək Azərbaycanda «JL&EURASİA» açıq velomarafonu keçiriləcək. Velomarafon Ginnesin Rekordlar Kitabının 14 qat rekordçusu, dünyanın tanınmış velosəyahətçisi, əməkdar idman ustası, BMT-nin ətraf mühitin müdafiəsi üzrə elçisi, Gürcüstanın dövlət mükafatı lauretı 74 yaşlı Cumber Davidoviç Lejava və onun komandası tərəfindən gerçəkləşdiriləcək.

Belə bir təşəbbüsdən məqsəd Gürcüstan cəmiyyətini Azərbaycana bir daha təqdim etməkdən, iki ölkə arasındakı dostluq münasibətlərini möhkəmləndirməkdən, habelə sağlam həyat tərzinin təbliğindən ibarətdir. Perspektiv məqsədlər içərisində Gürcüstana turistlərin və biznes tərəfdaşların cəlb edilməsi də var. Buna görə də layihəyə ayrı-ayrı şirkətlər, hüquqi və fiziki şəxslər də müraciət edə bilərlər. «JL&EURASİA»nın Azərbaycan üzrə nümayəndəsi, əslən gürcü olan Azərbaycan jurnalisti Anna Bartkulaşvilidir (əlaqə telefonu: (055) 698 53 27).

1700 kilometrlik məsəfəni əhatə edəcək velomarafonda Azərbaycanın ümumilikdə 26 rayon və şəhərindən keçiləcək. Təşəbbüs çərçivəsində dialoqların, konsert proqramlarının və digər tədbirlərin də təşkili nəzərdə tutulur.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə