Məzahir Pənahov ATƏT-in nümayəndələri ilə görüşüb

 

Bu gün Tana de Zuluetanın rəhbərlik etdiyi ATƏT  Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər. Bu barədə məlumat MSK-dan daxil olub.

Qonaqları salamlayan MSK sədri bildirib ki, seçkilərin nəticələrinin qiymətlənidirlməsi baxımından müşahidəçilərin fəaliyyətinə  xüsusi əhəmiyyət verir və  ATƏT DTİHB  Müşahidə Missiyasını Azərbaycanda görməkdən məmnunluq duyur.

Missiyanın rəhbəri səmimi qəbula görə təşəkkürünü bildirib və qeyd edib ki, həm seçkiöncəsi vəziyyətin, həm də səsvermə gününün müşahidəsini aparacaqlar. O, MSK sədrinin 9  oktyabr 2013-cü ilə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla bağlı görülən işlər, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı, Azərbaycanda müşahidəçiliyin prinsipləri və digər məsələlər barədə sullar ünvanlayıb.

M.Pənahov seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı Komissiyanın fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib, qonaqların digər suallarını da cavablandıb.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə