“Zahid Oruc namizədliyini geri götürəcək” dediyi üçün üzr (TƏLƏB)

Ərəstun Əliğolu Gülağa Aslanlıdan sözünü tutmağı tələb edir

 

"Cəmil Həsənlinin komandasında yer alan Gülağa Aslanlı məndən üzr istəməlidir". Bunu prezidentliyə namizəd Zahid Orucun Seçki Qərargahının rəhbəri Ərəstun Əlioğlu özünün facebook səhifəsində yazıb.

Ə.Əlioğlu G.Aslanlının buna kişi kimi söz verdiyini yazıb: “Bu bizim ilk debatdakı çıxışımızdan sonra olub. Belə ki, çıxış bitdikdən sonra Gülağa Aslanlı Zahid Orucun Prezident seçkilərinə 10 gün qalmış öz namizədliyini Cənab Prezident İlham Əliyevin xeyrinə geri götürəcəyini bildirib. Daha sonra onu da bildirib ki, əgər bu belə olmasa, mən Gülağa Aslanlı olaraq sən Baxşəliyev Ərəstundan üzr istəyəcəyəm”.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə