Naxçıvanda insan hüquqları ilə bağlı beynəlxalq seminar keçiriləcək

Sabah Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə) ikigünlük beynəlxalq seminar işinə başlayacaq. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovun yaxından dəstəyi ilə nəzərdə tutulan tədbirin təşkilatçıları Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlğı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondudur.

Seminarın işində Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin sədri Əli Hüseynli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Fazil Mustafa, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer, Almaniya Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Prof. Dr. Mixaela Vittinqer, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann iştirak və çıxış edəcək, həmçinin müzakirələrə qatılacaqlar.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə