Azərbaycan Gənc Diplomatlar Birliyi ADU-da görüş keçirib

 

Noyabrın 30-da Azərbaycan Dillər Universitetində Azərbaycan Gənc Diplomatlar Birliyinin (AGDB) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşə hazırlığının və intelektual səviyyəsinin inkişafı" layihəsi çərçivəsində növbəti görüş baş tutub.

Tədbirdə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc, Azərbaycan Respublikasının Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov, Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Milli Məclisin Sosial siyasət komitəsinin eksperti Vüqar Feyzizadə, eləcə də diplomatiya və beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşan tələbələr və gənc politoloqlar iştirak ediblər.

Keçirilən görüş zamanı beynəlxalq münasibətlər sistemi və diplomatiya, təkqütblü və çoxqütblü dünya paradiqması, habelə beynəlxalq və regional təhlükəsizlik mövzuları, Azərbaycanın xarici siyasət prioritetləri, o cümlədən son günlərdə qlobal dünyada və regionda baş verən proseslər ətrafında əhatəli fikir mübadiləsi aparılmışdır.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə