«RUH» AJMK yeni layihəyə start verdi

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsinə start verib.

Mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihədən məqsəd onlayn media resurslarında milli mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir.

Həmçinin layihədə jurnalist məsuliyyəti və peşəkarlığının müxtəlif aspektlərini diqqətə çatdırmaqla internet medianın milli-mənəvi dəyərlərin qorunmasındakı rolunu artırmaq, cəmiyyət üzvlərinin internet media ilə bağlı gözləntilərini qruplaşdıraraq müvafiq qurumlara təqdim etmək nəzərdə tutulur.

Qeyd edək ki, layihə çərçivəsində qoyulan məqsədə çatmaq üçün paytaxtla yanaşı, Gəncə şəhərində və Yevlaxda «İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər» mövzusunda «dəyrimi masa»ların təşkil olunacaq. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə