Qazaxda Gənclər Fondunun maliyyə yardımı layihə həyata keçirilib

 

Martın  10-dan mayın  8-dək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qazax şəhərində Arabova Aygün Razim qızının "Qazax rayonunda dovriyyədə olan və ölkəmizə daxil olan qida məhsullarının insan sağlamlığına təsiri və vətəndaş nəzarətinin gücləndirilməsi" adlı layihəsi(“C” kateqoriyası)  həyata keçirilib.

Layihənin əsas məqsədi Qazax rayonu yerli və xarici qida məhsullarının insan sağlamlığına müsbət təsirinə nail olunmasına və vətəndaşların bu sahəyə diqqətli və tənqidi yanaşmağına təkan verməkdən, daxili bazara nəzarətdə dövlət və vətəndaş cəmiyyətinin birgə fəaliyyətinin  gücləndirilməsindən ibarətdir.

Layihənin əhatə etdiyi əhaliqrupuna tələbələr, şagirdlər, o cümlədən, qadınlar, QHT təmsilçiləri, biznes  və dövlət sektoru  təmsilçiləri daxildir.

Layihənin aktuallığını nəzərə alaraq, göstərilən məqsədə çatmaq üçün Qazax rayonunda ictimai sektorlar arasında işbirliyinə nail olunması, rayonda qida məhsulları üzərində monitorinqin aparılması, vətəndaşların geniş həcmdə maarifləndirilməsi məqsədi ilə bukletin hazırlanması və çap olunması nəzərdə tutulub.

Təlimlərdə Ağstafa və Qazax rayonunda fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər. Layihə “Gənc Liderlər” TTİB, “ Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İB  və Ağstafa və Qazax  Gənclər Fondu texniki dəstək göstərib.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə