“Məcburi köçkün gəncləri və vətəndaş jurnalistikası”

Qazax rayonunda bu mövzuda layihə icra olunub

Qazax rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənlər Fondunun maliyyə yardımı ilə Süleymanova Tükəzban Mikayıl qızının “MƏCBURİ KÖÇKÜN GƏNCLƏRİ VƏ VƏTƏNDAŞ JURNALİSTİKASI” adlı fərdi layihəsi həyata keçirilib. Layihənin məqsədi məcburi köçkün gənclərinin İKT bilik və bacarıqlarını inkişaf etdirməkdən, ənənəvi media və vətəndaş jurnalistikası haqda məlumat verməkdən, sosial media vasitəsilə müharibə həqiqətlərini işıqlandırmaqdan, məcburi köçkünlərin gündəlik həyat şəraitlərini işıqlandırmaqdan ibarətdir.

Layihə çərçivəsində həftədə 2 dəfə (cümə və şənbə günləri) “Gənc Liderlər” TTİ İB-nin Qazax filialının ofisində təlimlər reallaşdırılıb. Təlimlərdə ümumilikdə 20 (2 qrup, hərəsində 10 nəfər olmaqla) nəfər məcburi köçkün və aşağı təminatlı ailələrdən olan gənclər iştirak edib. Təlimlər zamanı gənclərə İKT haqda biliklər (elektron poçtların yaradılması, sosial şəbəkələr haqda məlumat, onlarla iş, bloqların yaradılması və onlarla iş və s.) öyrədilib. Layihənin yekununda iştirakçılar xüsusi diplomlarla təltif olunublar.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə