Milli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi

Bu mövzuda "dəyirmi masa" keçirilib

Bu gün «Milli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi: mövcud durum və perspektiv vəzifələr» mövzusunda «dəyirmi masa» keçirilib. Tədbir «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsi çərçivəsində baş tutmuş sayca üçüncü, sonuncu «dəyirmi masa»dır.

«Dəyirmi masa»nı giriş sözü ilə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsinin rəhbəri Əvəz Rüstəmov açıb. O bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilməkdə olan layihə 2014-cü ilin iyul-dekabr aylarını əhatə edib. Layihə çərçivəsində indiyədək bu mövzuda Gəncədə və Tərtərdə “dəyirmi masa”lar keçirilib. Eyni zamanda hər ay Milli Qəhrəmanlardan birinin həyat və fəaliyyətinə, keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş geniş məqalələr hazırlanıb. Bu baxımdan Milli Qəhrəmanlar – Şirin Mirzəyev, Əliyar Əliyev, Məzahir Rüstəmov, Kazım Məmmədov, Mikayıl Cəbrayılov və Vəzir Orucov haqqındakı materialların qeyd etmək mümkündür. «Azərbaycan dövləti milli vətənpərvərlik təbliğatını daim diqqət mərkəzində saxlayır. Mövcud layihə də həmin prosesə dəstək məqsədi daşıyıb və bu kimi təşəbbüslərin davamlı olması vacibdir.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu bildirib. Bu baxımdan Milli Qəhrəmanların keçdikləri şərəfli ömür yolunun hər bir detalının öyrənilməsi son dərəcə əhəmiyyətlidir. “Layihə çərçivəsində dərc edilmiş yazılarda Milli Qəhrəmanların həyat yolu ilə tanış olanda fəxr hissi keçirirsən. Məsələn Tərtər torpağının yetirməsi olan Milli Qəhrəmanımız Vəzir Orucov. Bu rayonda layihə çərçivəsində keçirilmiş tədbirdə döyüş dostlarının onun barəsində söylədikləri gözlərimiz önündə çox ilginc qəhrəmanlıq nümunəsi canlandırırdı. Eləcə də başqaları. Düşünürəm ki, bu adamlar barədə cəmiyyət daha çox bilgili olmalıdır. Bu prosesdə media daha aktiv olmalıdır”.

«Ortaq dəyərlər» İctimai Birliyinin sədri Aqil Camal layihənin əhəmiyyətini vurğulayaraq onun qarşısına qoyduğu vəzifələrin gənclərimizin mənəvi inkişafı baxımdan son dərəcə vacibliyinə diqqət çəkib. Hazırda Milli Qəhrəmanların ailələrinin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu deyən A.Camal onların rəşadətli ömür yolunun cəmiyyətə çatdırılmasında medianın səfərbəredici missiya daşıdığını vurğulayıb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə