BAMF miqrasiya məsələlərinin tədqiqinə rəhbərlik edəcək

Beynəlxalq Avrasiya Mətbuat Fondu Bekçikanın paytaxtı Brüsseldə Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının ( ECRE ) xüsusi çağırılmış iclasında keçmiş Sovet ölkələrində miqrasiya məsələlərinin tədqiqatına rəhbərlik edəcək iki  təşkilatdan biri seçilib. Tədbirin budəfəki toplantısının  məqsədi siyasətçilər, vətəndaş cəmiyyəti təşkilatlarının,  miqrasiya tendensiyalarının və Avropa birliyininin bu gün üzləşdiyi hüquqi problemləri daha yaxşı anlamaq üçün “baxış” (vizyon) sənədinin işlənib hazırlanmasına nail olmaq idi. Toplantıda miqrasiya problemləriminin  müxtəlif aspektləri, o cümlədən  Avropada Təhlükəsiz qorunmaq üçün hüquqi təminata nail olmaq,  Avropa Birliyində müdafiə problemləri, Regionda müdafiə problemlərinə dair məsələlərin həllinə başlamaq üçün üç işçi qrupu yaradıldı.
Bu arada BAMF, Rusiyanın qeyri-hökümət təşkilatı olan “Memorial İnternational”  ilə birlikdə  Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Rusiya üzrə tədqiqata , regional vəziyyəti təhlil edən nəşrin hazırlanmasına rəhbərlik etmək üçün seçilmişdir.  Bu regional nəşrdə müdafiə hüquqlari, potensial artırma, qarışıq miqrasiya axınları, uzun sürən məskulaşmanın həlli yolları ilə bağlı Avropa Birliyi xaricində olan ölkələrə təsir edən məlumatları toplayacaq və problemləri təhlil edəcəkdir.

Qeyd edək ki, BAMF mötəbər qurum olan ECRE -nin artıq bir neçə ildir üzvüdür . BAMF ECRE şəbəkəsinin üzvü kimi, əsasən Azərbaycanla bağlı qaçqın və sığınacaq axtaranların vəziyyətlərinə dair yeniliklərlə ECRE-ni müntəzəm olaraq təmin edir.  Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daima qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan İOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif strukturlarla görüşür.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə