«RUH» AJMK yeni layihəyə start verdi

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsinə start verib.

2015-ci ilin mart-dekabr ayları ərzində gerçəkləşdiriləcək layihə əsasən jurnalist Milli Qəhrəmanların cəmiyyətə daha yaxından tanıdılması məramına söykənir. Bunun üçün kütləvi informasiya vasitələrində onların həyat yolundan bəhs edən bədii-publisistik materialların dərci nəzərdə tutulur.

Layihə çərçivəsində həmçinin «Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr» mövzusunda «dəyirmi masa»ların keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, “RUH” AJMK-nın eyni mövzuda ötən il reallaşdırdığı layihə çərçivəsində indiyədək Azərbaycanın Milli Qəhrəmanları Şirin Mirzəyevin, Vəzir Orucovun, Məzahir Rüstəmovun, Kazım Məmmədovun, Əliyar Əliyevin və Mikayıl Cəbrayılovun döyüş yolundan bəhs edən materiallar dərc edilib. Həmçinin Gəncədə, Tərtərdə və Bakıda tematik toplantılar təşkil olunub.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə