“Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” İB yeni layihəyə start verib

“Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihə icra edir.

Layihə Biləcəri Dəmiryol Deposu ərazisində  yaşayan məcburi köçkün sahəsinin yerli bələdiyyə olan Biləcəri Bələdiyyəsi ilə birgə əməkdaşlıq sayəsində məişət tullantılarından təmizlənməsi və ekoloji mühitin idarə olunan vəziyyətə gətirilməsindən bəhs edir.

İctimai Birlik  layihəni Biləcəri Dəmiryol Deposunun  2000 kavadratmetr ərazisində  yerləşən məcburi köçkün ərazisinin məişət tullantılarından təmizlənməsi və  ərazinin abadlaşdırlaraq zəruri tədbirlər görülməsi məqsədi ilə həyata keçirir.

Layihə çərçivəsində  haqqında danışılan ərazi bələdiyyə texnikası vasitəsi ilə məişət tullantılarından təmizlənərək daşınılır.Təmizlənmiş ərazi daş qırıntıları ilə örtülərək ərazinin müxtəlif yerlərinə zibil qabları yerləşdirilir.

Layihənin zəruriliyindən danışan Birliyin sədri Şəfəq Qədirli qeyd etdi ki, adı çəkilən ərazidə məcburi köçkünlərin həm yaşamaları, həm də kiçikbuynuzlu heyvanlar saxlaması ərazidə olduqca acınacaqlı ekoloji vəziyyət yaradıb. Xüsusilə yay aylarında  ərazi hədsiz dərəcədə pis qoxu verir, uşaqların küçəyə çıxmasına imkan vermir. Eyni zamanda sakinlər gündəlik məişət tullantılarını dəmiryol reslərinə ataraq qatarların normal hərəkətinə müəyyən çətinliklər yaradırlar. Belə bir problemin həllində iştirakdan qürur duyduğunu bildirən Birliyin sədri  Şəfəq Qədirli layihənin əsas faydalarını sadaladı:

Bələdiyyələrlə işbirliyi sayəsində məcburi köçkün insanlarının yaşadıqları ərazilər tullantılardan təmizlənəcək

Bələdiyyə və QHT münasibətləri yeni fəaliyyət siferasına keçəcək,ən azından Biləcəri ərazisindəDəmiryol reislərinin təmizlənməsi  nəticəsində qatarların normal  hərəkətinə  imkan yararadılacaq

Ərazidə yaşayan insanların,xüsusilə uşaqların  sağlam və rahat həyat şəraitinə şərait yaranacaq

Bələdiyyələrlə birgə fəaliyyət nəticəsində ərazi bələdiyyə təmizləmə sisteminə daxil olacaq.

Sonda Birliyin sədri bundan sonrakı fəaliyyətlərində də vətəndaş cəmiyyətinin əsaslarından birini təşkil edən bələdiyyələrlə birgə fəaliyyətə xüsusi səy və təşəbbüs göstərəcəklərini bildirdi.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə