"RUH" AJMK layihə hesabatını açıqlayıb

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Tələbə-gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsi çərçivəsində görülmüş işlərlə bağlı hesabatını yayıb.

Hesabatda bildirilir ki, “RUH” AJMK-nın sözügedın layihəsi 2015-ci ilin aprel-iyul aylarını əhatə edib. Layihədən məqsəd ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələrin jurnalistika ixtisasına marağını artırmaqdan, onların jurnalistika fakultələrinin magistr pilləsində təhsillərini davam etdirmələrini stimullaşdırmaqdan ibarət olub. Layihə həmçinin müxtəlif sahələrdən olan tələbələrin jurnalistikaya axınını təmin etməyə yönəldiyindən jurnalistikanın ixtisaslaşmasına dəstək göstərilməsi strateji hədəf olaraq müəyyənləşdirilib.

a) Tələbə gənclərlə görüşlər

“Tələbə-gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsi çərçivəsində reallaşdırılan başlıca fəaliyyət “Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna dəstək” mövzusunda tələbə-gənclərlə görüşlərin keçirilməsi olub. May ayında 2, aprel ayında isə daha 2 görüş təşkil olunub.

İlk görüş aprel ayının 21-də Gəncə şəhərində, Gəncə Dövlət Universitetinin tələbələrilə keçirilib. Toplantıda qeydiyyatdan keçənlərin ümumi sayı 44 nəfər idi.

İkinci görüş aprel ayının 29-da Mingəçevirdə, Mingəçevir Politexnik İnstitutunda baş tutdu. Toplantıda qeydiyyatdan keçənlərin ümumi sayı 44 nəfər olub.

Layihə çərçivəsindəki üçüncü toplantı may ayının 12 may 2015-ci il tarixdə Qubada, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında gerçəkləşdirildi. Təsdbir iştirakçılarının ümumi sayı 35 nəfər oldu.

Nəhayət, “Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna dəstək” mövzusundakı sonuncu – dördüncü görüş may ayının 20-də Bakıda, Təfəkkür Universitetində keçirildi. Görüşdə sözügedən ubiversitetin ümumilikdə 40-dək tələbəsi iştirak etdi. Toplantıda iştirak edənlərin ümumi sayı 45 nəfər idi.

Görüşlərdə Azərbaycanda mətbuatın tarixi, müasir dövrdə Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri, qloballaşma dövründə medianın xarakterik cəhətləri, ənənəvi mediadan onlayn mediaya keçidin təzahür formaları və Azərbaycan mediasında ana dilinin işlənilməsi barədə geniş məlumat verildi. İştirkaçıların mövzuya dair sualları cavablandırıldı. Görüşlərdən əldə olunan nəticələri aşağıdakı formada qruplaşdırmaq mümkündür:

  1. Tələbə-gənclər arasında jurnalistikaya maraq böyükdür;
  2. Xüsusən vətəndaş jurnalistikası əsas götürülür;
  3. Tələbələr konkret olaraq KİV-lərlə əməkdaşlıqda maraqlıdırlar;
  4. Tələbələrin magistr səviyyəsində təhsillərini davam etdimək üçün jurnalistikanı seçmə potensialı duyulur;
  5. Tələbə-gənclər jurnalistika dedikdə əsasən televiziya aparıcılığını başa düşürlər;
  6. Tələbə-gənclərin jurnalistika ilə bağlı baxışlarında yanlışlıqlar var. Xüsusən medianın ictimailik dərəcəsi yetərincə dərk edilmir;
  7. Layihənin gələcəkdə də davam etdirilməsi üçün ciddi əsaslar var. Çünki tələbə-gənclərin jurnalistika ilə bağlı təsəvvürlərindəki yanlışlıqlar onların gələcəkdə fəaliyyət göstərəcəkləri sferalarda media ilə işin xüsusiyyətlərini nəzərə almamaları ilə nəticələnə bilər.

b) Sorğunun təşkili

Layihənin icra planına uyğun olaraq “Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna dəstək” mövzusundakı görüşlər çərçivəsində tədbirlərin təşkil olunduğu ali təhsil müəssisələrinin tələbələri arasında sorğular keçirilib. Bunun üçün “RUH” AJMK tərəfindən müvafiq sorğu anketi hazırlanıb. Sorğudan məqsəd tələbə-gənclərin jurnalistika ilə bağlı təsəvvürləri ilə tanışlıq olub. Sorğular Gəncə Dövlət Universitetinin, Mingəçevir Politexnik İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının və Təfəkkür Universitetinin tələbələri arasında aparılıb.

Ümumən sorğuda 200 respondent iştirak etdi. Sorğuda jurnalistlərə ünvanlanan ilk sual Azərbaycanda jurnalistika dedikdə hansı tip kütləvi informasiya vasitəsinin fəaliyyətini daha çox qəbul edirsiniz?” olub. Bu mənada iştirakçıların 22,9 faizi internet xəbər resurslarının fəaliyyətini ön plana çəkib. 21,1 faiz hesab edib ki, jurnalistika dedikdə televiziyaların fəaliyyəti əsas götürülməlidir. Qəzetlərə üstünlük verənlərin fazi göstəricisi 17,2-dir. Respondentlərin 16,4 faizi jurnalistika dedikdə radioların fəaliyyətini əsas götürdüyü qeyd edib. Bu mənada jurnalların faiz göstəricisi 13, informasiya agentliklərininki isə  9,4-dür.

“Jurnalist olmaq üçün insanda hansı keyfiyyətlər Sizcə, daha əsasdır?” Sorğuda iştirakçılara ünvanlanmış ikinci sual belə olub. Respondentlərin çox hissəsinin fikri belədir ki, jurnalist olmaq üçün lazım olan başlıca keyfiyyət peşəkarlıqdır. Belə düşünənlər rəyi soruşulanların 38,1 faizini təşkil edib. Sorğu iştirakçılarının 33, 9 faizi vətənpərvərliyi fərqləndirib. 26,5 faizi jurnalist olmaq üçün insanın cəsarətli olmasını vacib sayıb. Rəyi soruşulanların 1,5 faizi isə müxtəlif keyfiyyətlərin vacibliyi üzərində dayanıb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə