“Öyrədərək Öyrənirik” öyrədir

“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi 15 sentyabr – 15 dekabr 2015-ci il tarixlərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Akademeon bağı” adlı layihə icra etmişdir. Layihə çərçivəsində aşağıdakı tarixlərdə və mövzularda 8 tədbir həyata keçirilmişdir:

-      27 oktyabr “Erkən gənclik dövrünün psixoloji xüsusiyyətləri. Erkən nigahın mahiyyəti”. Tədbirin spikeri -  Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının baş müəllimi, rayonun baş psixoloqu Kəmalə Cəfərova.

-      30 oktyabr “Kredit sistemi. Ümumi məlumat”. Tədbirin spikeri - BOKT “Viator Mikrokredit Azərbaycan” MMC-nin Qazax filialının baş kredit mütəxəsisi Fail Abdalov.

-      06 noyabr “Qazax rayonunun müxtəsər tarixi. “Qazax” toponimi haqqında”. Tədbirin spikeri - Qazax şəhər 1 saylı orta məktəbin tarix müəllimi, “Əməkdar müəllim” Mustafa Mirzəyev.

-      13 noyabr  “Siyasi ideologiyalar: “Sağ” və “Sol” qavramları”. Tədbirin spikeri - Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının müəllimi Samir İsayev.

-      20 noyabr “İnsan alveri. Formaları və mübarizə yolları”. Tədbirin spikeri - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşı, sosioloq Gülnar Nəzərova.

-      27 noyabr “Vətəndaşların müraciət hüququ. Müraciətin formaları”. Tədbirin spikeri - hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şahin Hacıyev.

-      04 dekabr “QHT nədir?”, “Vətəndaş cəmiyyəti nədir?”. Tədbirin spikeri – Qazax rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi                 İsmayıl Süleymanov.

-      11 dekabr “Zərərli dini təriqətlər, cərəyanlar və gənclər arasında maarifləndirmənin rolu”. Tədbirin spikeri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Eldəniz Vəliyev.

Qeyd edək ki, keçirilən tədbirlərin hər birində Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecindən ümumilikdə 30 nəfər tələbə iştirak edirdi.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə