Bakı-2020-yə doğru: İtaliya ev sahibliyi iddiasından daşındı

Azərbaycanın da ev sahibliyinə iddialı olduğu 2020-ci il Yay Olimpiya Oyunlarını keçirmək istəyən ölkələrin sayı azalıb.


168.az-ın BBC-yə istinadən yaydığı məlumatına görə, baş nazir Mario Monti İtaliyanın dünyanın mühüm idman hadisəsini reallaşdırmağa olan iddiasından daşındığını rəsmən bəyan edib. Bunun səbəbi ölkənin iqtisadi durumunun ürəkaçan olmamasıdır.


Monti qeyd edib ki, İtaliyanın olimpiada uğrunda mübarizəsi ölkəni yeni maliyyə riskləri ilə üzləşdirə bilər.


Qeyd edək ki, hazırda 2020-ci ilin Yay Olimpiya Oyunlarına evsahibliyi hüququnu qazanmaq istəyən şəhərlər sırasında paytaxtımız Bakı ilə yanaşı İstanbul, Madrid, Tokio və Doxa şəhərlərinin də adları var.


Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə