2:0 məğlub duruma düşən “Roma” 4:2 qələbə qazandı (VİDEO)

İtaliya A seriyasının növbəti turunda “Roma” səfərdə “Genuya” klubu ilə qarşılaşıb. 168.az-ın məlumatına görə, matç 4:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Hərçənd qarşılaşma meydan sahibləri üçün pis başlamayıb. Artıq 15 dəqiqə ərzində “Genuya” 2:0 hesabı ilə irəlidə olub. Amma elə ilk yarıda Totti və Osvaldo hesdaba tarazlıq gətiriblər.

İkinci hissədə isə paytaxt təmsilçisi daha iki dəfə fərqlənərək qələbəsini rəsmiləşdirib.

8 turdan sonra “Roma” 14 xalla 5-ci, “Genuya” isə 9 xalla 10-cu pillədədir. Turnir cədvəlinə isə 22 xalla Turinin “Yuventus” klubu başçılıq edir.

"Genua" - "Roma" - 2:4
Qollar: Kuçka, 7 (1:0), Yankoviç, 15 (2:0), Totti, 27 (2:1), Osvaldo, 44 (2:2), 55 (2:3), Lamela, 83 (2:4) 

 


G2-4R www.fasthighlights.com by fasthighlights-2013

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə