Lukas Podolski Berti Foqtsa sataşdı

Almaniya yığmasının futbolçusu Lukas Podolski növbəti dəfə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun “bostanına daş atıb”. Apasport.az saytının məlumatına görə, “Arsenal”ın hücumçusu onu tənbəl adlandıran 66 yaşlı almaniyalı mütəxəssisin tənqidinə cavab verərkən, bu dəfə daha kəskin olub.

Podolski Foqtsa onun oyunlarını izləməyi məsləhət görüb: “O, indi Azərbaycanda millini çalışdırır. Yəqin, orada televizor yoxdur ki, Foqts oyunlara baxsın. Başqa ölkələrdən insanlar futbolçu haqda mühakimə yürüdəndə, xoşuma gəlmir.

Onlar mənim matçlarıma baxmayan, necə məşq etdiyimi görməyən, hətta tanımadığım insanlardır. Ancaq Foqts mənim haqda həmişə danışa bilər. Bu, mənim üçün problem deyil”.

Qeyd edək ki, Lukas millisinin heyətində Foqtsun çalışdırdığı yığmamıza qol vura bilib. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə